Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-04-2017, 15:49)
Gömrükdə siqaret əməliyyatı

siqaret

 

Gömrük orqanlarını əməkdaşları narkotik və siqaret qaçaqmalçılığının qarşısını alıblar.

Mediatv.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Türkiyə Respublikasının vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.

Avtomobilə baxış zamanı, nəqliyyat vasitəsinin yük üçün nəzərdə tutulmuş hissəsindəki alətlər dəstinin yerləşdiyi yeşikdə bir ədəd bağlamada, xalis çəkisi 7,292 qram təşkil edən narkotik vasitə – tiryək aşkar olunub.
Bundan başqa Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50.000 ədəd “Manchester” adlı siqaret aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024