Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-03-2017, 14:15)
Komitə sədrindən etiraz: “Banklar vətəndaşları soyur, kredit faizləri çox yüksəkdir”

 

“Azərbaycan hökumətinin 2016-cı ildəki nailiyyəti qənaətbəxşdir və ötən ildə ölkə başçısı tərəfindən çoxplanlı şəkildə addımlar atılıb, işlər görülüb, islahatlar həyata keçirilib”. 

Mediatv.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı deyib. 

Onun sözlərinə görə, dünyada baş verən hadisələrin içərisində ötən il Azərbaycanda islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib: 

“Təkcə ötən il Milli Məclisdə həm iqtisadiyyatımız, həm bank kredit, həm vergi, həm də digər sistamlərlə bağlı qanunlar qəbul olunub. Azərbaycan prerzidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göatırdiyini deyə bilərik. Hesab edirəm ki, bu fəaliyyət gələcək də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan və istərsə də olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqlərin olduğunu görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.

Deputat söyləyib ki, qiymətlərin süni şəkildə aratırılmasının qarşısı alınmalıdır. 

Siyavuş Novruzov bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib. O  qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:


“Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz. Dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, krediti digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytara bilmir. Məlumdur ki, o, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizələ kredit verilir. 
Banklar vətəndaşları soyur, onları hüquq mühafizə orqanları qarşısında asılı vəziyyətə salırlar.  Bu məsələlər ölçülüb- biçilməlidir. Dünya praktikasından istifadə olunmalıdır. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Biz ilk növbədə Prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalıyıq”. 

Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanda struktur islahatları aparılmalıdır: 

“Azərbaycanda 18-19 nazirlik, şirkət və komitə var. Bir ölkənin nazirliyi həmin ölkənin sturkturudur. Bəzi nazirliklərinin regional idarələri də mövcuddur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım.Bunu hansı əsasla edirlər? Bunun effektivliyi öyrənilibmi? 
Bəzi hallalda görürsən ki, həmin strukturlar 2 aydan sonra ləğv olunur, əvvəlki sistemə qayıdılır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir”-deyə o, qeyd edib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024