Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-03-2017, 16:47)
Arif Alışanovun fəaliyyəti araşdırılacaq!

arif-alisanov

AzTV-dəki qanunsuzluqları təhqiq etmək üçün ictimai araşdırma qrupu yaradılır. 

Mediatv.az:   Bu barədə AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı sosial şəbəkələrdə yayılmış statusunda qeyd edib:

“Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti aparması, kanalı şəxsi təsərrüfatı kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir”.

Rejissor, həmçinin “telekanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərərə alaraq biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən “ictimai araşdırma qrupu” yaratmağı qərara almışıq” – deyə qeyd edib.

Bəs qrupda kimlər təmsil olunacaq və təhqiqatlar hansı istiqamətlər üzrə aparılacaq? Bu sualı N.Cabbarlı belə cavablandırıb: “İctimai araşdırma qrupunda televiziya işçiləri ilə yanaşı, hüquqşünaslar və QHT nümayəndələri də təmsil ediləcək. Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracaq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024