Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-03-2017, 15:44)
“Dövlət bu yükü qaldıra bilmir” - Fazil Mustafa Mövluddan yazdı

 

"Müəllim, yazar intihar edir. Başqa bir yazar isə intihar anonsu verir. Bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan yan-yörəmizdə yaşayır”. 
Mediatv.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa gənc yazar Mövlud Mövludun intihar etməsinə münasibət bildirərkən deyib. 
O bildirib ki, intiharlar həddən çox adiləşməyə başlayır: "Cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə yolagetməzliyi - bütün səbəblər bu intiharların arxasında var. Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən "el içində bədnam olma", patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür. 
Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan bəlkə də birincisidir”. 
Fazil Mustafa hesab edir ki, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır: "Bunun adına siyasi--kütləvi ədəbiyyatda sahəvi həmkarlar birlliyi və ya ittifaqı deyirlər. Amma adın elə bir önəmi yoxdur. Sadəcə bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər. İllərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayır. Yazarlar, bəstəçilər, rəssamlar, jurnalistlər, taksiçilər, gözdən əlillər, şirniyyatçılar, məmurlar, bələdiyyə işçiləri, hamamçılar, bərbərlər, Qarabağ əlilləri və bəlkə də bu kimi onlarla adla tanıya biləcəyimiz mümkün birlik formaları statistika dəftərlərində yer almaq üçün süni quruluşlara çevrildiyinə görə kimsə başqasının dərdinə yaxından şərik ola bilmir. Axı bir Qarabağ əlilinin duyğularını daha çox başqa bir Qarabağ əlili, yaxud bir yazarın psixoloji sarsıntısını digər yazarlar, bir gözdən əllilin hisslərini digər gözdən əlil məndən, səndən daha həssaslıqla anlaya bilər. Ona görə də insanların peşəcə, ixtisasca, hissi maraqlarla birləşmə hüququnun təbii şəkildə canlandırmasına şərait yaratmaq lazımdır”. 
Deputat qeyd edib ki, artıq cəmiyyətdə sürətlə artan işsizlik tendensiyasına son qoymaq üçün özəl sektorun inkişafını səmimi və açıq şəkildə təşviq etməkdən başqa çıxış yolu qalmır: "Dövlətin qaldıra bilmədiyi yükü, ancaq sahibkar qaldıra bilər. Çünki hansı yöndən təhlil edərsək, sonda intihar üçün əsas səbəblərin başında maddi sıxıntılar, işsizlik, yoxsulluq kimi amillər qarşımıza dikiləcəkdir.
İntiharlara hamımız üzülürük, istedadlı insanlarımızın intiharı isə daha çox ürəyimizi dağlayır. Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın!”. 
Qeyd edək ki, Mövlud Avdullayev dünən gecə saat 02:00 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.
Mövlud Mövlud tanınmış yazıçıdır. O, jurnalist Sevinc Fədainin həyat yoldaşı, əməkdaş artist Xumar Qədimovanın bacısı oğludur.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024