Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2017, 15:10)
“49 gündür ki, atamdan xəbər yoxdur” - Dilqəm Əsgərovun oğlu

982650a8326728e777b97d14e515b0f1

Atama görə çox narahatıq

Mediatv.az:   Bunu erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.Bu gün 26 yaşına qədəm qoyan K. Əsgərov prezident İlham Əliyevin səyləri nəticəsində atasının girovluqdan azad olunacağına inandığını söyləyib.
“Ümidimiz cənab prezidentədir. İnanırıq ki, prezidentimizin səyi nəticəsində atam azadlığa qovuşacaq. Sonuncu dəfə atam məktubunda səhhətində ciddi problemlərin olduğunu yazmışdı. Beynəlxalq Qızl Xaç Komitəsi atama yanvar ayında baş çəkib. Həmin vaxtdan 49 gün ötür. Bu müddət ərzində bizə heç bir məlumat verilməyib. Əslində girovlara ayda bir dəfə baş çəkilməlidir. Atama görə çox narahatıq”.
K. Əsgərov, həmçinin vurğulayıb ki, atasının ermənilər tədəfindən hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə etdikləri müraciətə hələ də cavabsız verilməyib: “Artıq iki ilə yaxındır ki, biz Avropa Məhkəməsinə müraciət etmişik. Hələ də bizim müraciətimizə baxılmayıb”.

K.Əsgərov atasının girovluqda olduğuna görə, ad gününü və qarşıdan gələn Novruz bayramını qeyd etməyəcəklərini deyib.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. (azvision)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024