Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2017, 14:32)
Bakıda 1729 ailənin evi söküləcək - Böyük tikinti planı açıqlandı

 

Nazirlər Kabinetinin qərarına əsasən 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 

Mediatv.az xəbər verir ki, bunu FHN-nin Tikinti Təhlükəsizliyi rəisi Elxan Həsənov deyib.

FHN rəsmisinin sözlərinə görə, gələcəkdə sovet dövründə tikilən digər yaşayış massivlərinin yenidən inşa olunması prosesinə başlanılacaq: "Ərazidə əhalinin dincəlməsi üçün yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur. Söküntü işi 4-5 mərhələdə həyata keçiriəcək. İlk mərhələdə 4-5 beşmərtəbəli bina söküləcək, yerində 20 mərtəbəli bina tikiləcək. İkinci mərhələdə növbəti boşalmış binaların sökülməsi, insanların bir hissəsinin artıq tikilmiş binaya köçürülməsi və qalanlarının kirayəyə göndərilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə maliyyə imkan verərsə, ərazinin tam boşaldılması prosesi həyata keçiriləcək. Plan hazırlandıqdan sonra detallar tam bilinəcək".

Elxan Həsənov, qeyd edib ki, 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. O, bildirib ki, söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.

"Orada 58-59 min ərazi parkovka üçün nəzərdə rutulub. Həmin yerdə 2 min maşının saxlanması mümkün olacaq. Bəzi binaların altında 1, bəzilərində isə 2 mərtəbli parkovka üçün yerlərin olacağı planlaşdırılır. Bu yerlər sırf bina sakinlər üçün nəzərdə tutulub".

E.Həsənov qeyd edib ki, həmin ərazidə yeni tikilən 6 ədəd 10-17 mərtəbəli bina sökülməyəcək: "Ərazidə sosial binalara baxış keçiriləcək. Binalar standartlara cavab verirsə qalacaq, yenidən təmir ediləcək. Standartlara cavab verməsə, sökülüb yenidən tikiləcək. 1980-ci ildə tikilən bina var ki, onun sökülüb- sökülməməsi bilinmir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024