Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2017, 12:46)
Rüfət Səfərovun atası: “Rüfəti üç gün ac saxlayıblar”

eldar

“Rüfət üç gün soyuq “kars”da, beton döşəmənin üstündə diziüstə qalıb. Səhərlər yatağı da götürüb aparıb, bir də axşam gətiriblər. Ona səhər, günorta və axşam bir stəkan su veriblər, vəssalam. Siqaret istəyib, onu da verməyiblər”

Mediatv.az xəbər verir ki,  ölkədə insan haqlarının pozulmasına etiraz olaraq, müstəntiq vəzifəsindən istefa verəndən sonra həbs olunan Rüfət Səfərovun atası Eldar Sabiroğlunun sözləridir.

O, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısında həmin sözləri dilə gətirib və oğlunun həyatının təhlükə altında olduğunu söyləyib. Eldar Sabiroğlu onu da deyib ki, oğlu həbsxanaya köçürüləndən sonra ilk dəfə bir həftə, ikinci dəfə üç gün olmaqla, iki dəfə “karsa” salınıb. Hər ikisində də acınacaqlı şəraitdə saxlanılıb.

“Anası onu görəndə dəhşətə gəldi”

“Bu dəfə “kars”dan çıxandan sonra anası və mən onunla görüşə getmişdik, Rüfəti görəndə tanımadıq. Təxminən 15 kiloqram arıqlayıb, rəngi qapqara idi. Çətinliklə danışırdı, hətta yerişini də itirib. Anası onu görəndə dəhşətə gəldi, səbəbini soruşdu. Rüfət dedi ki, ona çox əziyyət verirlər. Belə başa düşürəm ki, niyyətləri Rüfəti Qobustandakı qapalı həbsxanaya göndərməkdir. O qədər intiqam hissi ilə yanırlar ki, onu məhv eləmək niyyətləri də istisna olunmur. Oğlumun taleyi ilə bağlı müəmmalar məni narahat edir”, – Eldar Sabiroğlu belə deyir.

Rüfət Səfərovun “kars”a salınmasının səbəbinə gəlincə, atası söyləyir ki, oğlu oturduğu yerdə keçmiş polis işçisi olan bir məhkum gəlib, ona “sən vətən xainisən” deyib. Rüfət Səfərov da təxribat olduğunu düşünərək, cavab verməyib, birbaşa cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məsələ haqda məlumat verib. Ertəsi gün onun özünü cərimə kamerasına salıblar.

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024