Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-03-2017, 10:14)
“Bu hərəkərlər onu şərləyən qüvvələrin cılızlığıdır”- BƏYANAT

el-ruf

 

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi sabiq müstəntiqi saxlandığı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalması, qanunsuz karsa salınması ilə bağlı bəyanat verib. 

Mediatv.az həmin bəyanatı təqdim edir:

Sabiq prokurorluq əməkdaşı Rüfət Səfərovun karsa salınması, bütövlükdə cəzaçəkmə müəssisəsində ona qarşı qərəzli və sərt münasibət Müdafiə Komitəsi üzvlərinin ciddi narahatlığına səbəb olmuşdur.
Biz, R.Səfərovla bağlı baş verən son hadisələri onun həyat və sağlamlığı üçün real təhlükə kimi dəyərləndir və bu qisasçılığa son qoyulmasını tələb edirik!
Öz xalqına, dövlətinə hər zaman vicdanla xidmət edən, ümümxalq maraqları,ədalətli cəmiyyət və demokratiya naminə öz şəxsi maraqlarından imtina edən, məhz elə bu səbəbdən də şərlənərək həbs olunan R.Səfərovun cəzaçəkmə müəssisəsində belə təzyiq və təqiblərə məruz qalması dövlət adına, eləcə də bütövlükdə ədliyyə sisteminə utanc gətirən bir olaydır. Bu davranış R.Səfərovun həbsini həyata keçirən, məhbəsdə belə onunla haqq-hesab çəkməyə çalışan qüvvələrin cılızlığından, mənəvi dəyərlərə sahib olmadıqlarından, qanunun aliliyinə zərrə qədər də olsun hörmət etmədiklərindən xəbər verir.
R. Səfərovun iki ay ərzində iki dəfə müxtəlif bəhanələrlə karsa salınması, onun iradəsini sındırmaq, mənəvi müqavimətini qırmaq üçün bütün inzibati rıçaqların səfərbər edilməsi həm ədalətsizlik, həm qanunsuzluq, həm də Allahsızlıqdır.
Hesab edirik ki, Azərbaycan ictimaiyyəti, beynəlxalq təşkilatlar, xarici dövlətlərin ölkəmizdəki səfirlikləri və diplomatik korpusları Rüfət Səfərova qarşı həyata keçirilən mənəvi terrora biganə qalmayacaq,- ona yönəlik təxribatların qarşısını almaq üçün ciddi və təsirli addımlar atacaqlar. Unutmayaq ki, R.Səfərova qarşı olan bu münasibət, mahiyyət etibarı ilə bütövlükdə hər bir demokratik düşüncə sahibinə, hər bir vicdanlı, ləyaqətli vətəndaşa olan münasibətdir. Bu səbəblə də hər birimizin bu məsələyə həssas yanaşmağımıza, baş verənlərlə bağlı mövqe ortaya qoymağımıza ehtiyac var.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024