Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-02-2017, 13:16)
Mikayıl Müşviqin Bakıdakı büstünü götürdülər - FOTO

Mikayıl Müşviqin Bakıdakı büstünü götürdülər
Mediatv.az:   FaktXəbər-in məlumatına əsasən, Nəriman Nərimanov və İnşaatçılar prospektinin kəsişməsində yerləşən parkdan dahi Azərbaycan şairi Mikayıl Müşvigin büstü götürülüb. 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Haqqın.az saytına verdiyi açıqlamada bildirib ki, “Azəravtoyol” ASC-nin rəhbərliyi Mədəniyyət və Turizm nazirliyinin qanuni qadağasına məhəl qoymayıb. 

Mikayıl Müşviqin Bakıdakı büstünü götürdülər
Mikayıl Müşviqin Bakıdakı büstünü götürdülər


***

Virtualaz.org görkəmli şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” kimi tanınan ərazidə yerləşən heykəlinə qarşı bu vandalizm əməli ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq “Azəravtoyol” rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

“Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq”-Anar Nəcəfli deyib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri bunu da deyib ki, birazdan heykəlin fotosunu yayımlayacaq və onun dağıdılmadığını əyani təsdiq edəcək. Hərçənd ki, yayılan fotoya əsasən şairin heykəlinin postamenti dağıdılıb, barelyef götürülüb , başqa sözlə, heykəltaraşın yaratdığı əsər korlanıb. Hansı ki, heykəltaraş gənc yaşlarında Stalin repressiyasının qurbanı olan şairi qaya parçasının üzərində həkk etmişdi , indi isə ona qarşı ikinci dəfə repressiyaya yol verildi. Ola bilsin heykəlin baş hissəsi doğrudan da dağıdılmayıb, ancaq sual yaranır: bəyəm “Azəravtoyol” rəhbərliyi həm də heykəltaraşlıqla məşğul olur ki, dağıdılan heykəli əvvəlki formasında bərpa edə biləcək?

A.Nəcəfli onu da deyib ki, Mədəniyyət Nazirliyinin heykəlin dağıdılmasına görə onları məhkəməyə verməyə hazırlaşmasından narahat deyillər. “Onların öz işidir”-“Azəravtoyol” rəsmisi deyib. 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024