Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-02-2017, 20:16)
Quduzluq xəstəliyinin kökünün kəsilməsinə dair seminar keçirilib - FOTOLAR

Quduzluq xəstəliyinin kökünün kəsilməsinə dair seminar keçirilib - FOTOLAR

 

 

Fevralın 20-23-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib.

 

Mediatv.az:  Seminar Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub.

 

Xatırladırıq ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Tvinninq” layihəsi 2016-cı ilin 19 may tarixindən başlayıb və 2018-ci ilin may ayının 18-dək davam edəcəkdir. Layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Fransanın Qida, Kənd Təsərrüfatı və Kənd Əraziləri Nazirliyi, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsi tərəfindən həyata keçirilir.

 

Fransız-Macar Konsorsumu tərəfindən hazırlanan “Tvinninq” layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Ümümdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE-BEB) tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməkdən ibarətdir. Eləcə də bu layihə ölkənin iqtisadi gələcəyinə, Avropa İttifaqının standartlarına uyğun bol məhsul istehsalına və ərzaq təhlükəsizliyinin etbarlı təminatına böyük töhfələr verəcəkdir.

 

Seminarda Fransız-Macar Konsorsumunun, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi, Ovçular Cəmiyyəti nümayəndələri və bu işin daha şəffaf keçirilməsi üçün beynəlxalq ekspertlərin təklifi əsasında Canlı Aləmin Mühafizəsi Alyansının sədri qeyri-hökumət təşkilatı olaraq iştirak ediblər.

 

Beynəlxalq ekspertlərin (UÖ mütəxəsissləri) və 5 nazirlik əməkdaşlarından ibarət yüksək səviyyəli nümayəndələr qrupunun (Qrupa Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi daxildir.) iştirak etdiyi tədbirdə insanlar və heyvanlar üçün ümumi olan quduzluq xəstəliyinin Azərbaycanda kökünün kəsilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə istər vəhşi, istərsə də ev heyvanları arasında durumun necə olması və gələcəkdə bu sahədə aparılan tədbirlər barəsində təqdimatlar olmuşdur.

 

Yüksək səviyyədə keçirilən müzakirə və diskussiyalarda gələcəkdə Azərbaycan təbiətində vəhşi heyvanların quduzluğuna qarşı vaksinasiyanın tətbiqində bugünkü müzakirələrin böyük nəticəsi olacağı bildirildi və qeyd edildi ki, vəhşi heyvanlar arasında oral vaksinasiyanın aparılması böyük ictimai tədbirdir.

 

Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov qeyd etdi ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsi sayəsində Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərin, o cümlədən quduzluq xəstəliyinin əvvəlcədən müəyyən edilməsi, vəhşi təbiətdə qarşısının alınması və epizootiya baş verən zaman təcili reaksiya verilməsi mümkün olacaqdır.

 

Həmçinin A.Süleymanov ölkənin baytarlıq xidmətinin strukturuna daxil olan qurumların maddi-texniki bazasının gücləndirilməsindən, beynəlxalq əlaqələrdən, baytarlıq sahəsində həyata keçirilən layihələrdən, baytarlıq mütəxəssislərinin müasir təlim kurslarında iştirak etmələrindən məlumat verib.

 

Seminarda digər çıxış edənlər bildiriblər ki, hər bir nazirliyin quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etmələri çox vacibdir. Eləcə də bildirilib ki, bu layihə çərçivəsində aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycan Respublikasında insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və yaxın gələcəkdə tamamı ilə kökü kəsiləcəkdir.

Quduzluq xəstəliyinin kökünün kəsilməsinə dair seminar keçirilib - FOTOLAR
Quduzluq xəstəliyinin kökünün kəsilməsinə dair seminar keçirilib - FOTOLAR

 

 

 

 

Mətbuat katibi: Yolçu (Xanvəli) Həsənov

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024