Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-02-2017, 15:16)
Qərargah rəsmən təsdiqlədi: Meyiti tapılan şəxs neftçidir

“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Mediatv.az-a Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Vidadi Cümşüd oğlu Qurbanova məxsus olduğu rəsmən təsdiq edilib. 

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.



Qeyd edək ki, əslən Tərtər rayonunun Düyərli kəndindən olan Qurbanov Vidadi Cümşüd oğlu Sumqayıt şəhər sakini olub. O, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən biridir. Qurbanov Vidadi 2 oğul atası idi. 59 yaşlı Vidadi 36 il neft-qaz sahəsində çalışıb və ömrünü bu sahəyə həsr edib.

Azərbaycan Sənaye İnstitutunu bitirən Vidadi Qurbanov bir müddət Türkmənistanda işləyib. 1992-ci ildən isə Sumqayıtda yaşayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024