Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-02-2017, 12:12)
Deputat Rüfət Quliyev: “Mağazalar siqaretin bahalaşmasına hazır deyil, ona görə şok effekti yaranır”

rufet quliyev

 “Qiyməti qalxan siqaretlərin heç biri “European Tobacco Baku” istehsalı deyil. Ümumiyyətlə, qiyməti qalxan siqaretlər Azərbaycanda istehsal olunmur. Bunu bilmək üçün insanlar 5 mağazaya girib araşdırma aparsalar kifayət edəcək. Burada heç bir monopoliyadan söhbət gedə bilməz. Çünki xaricdən Azərbaycana bir deyil, bir neçə şirkət siqaret gətirir.

Mediatv.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, “European Tobacco Baku”nun rəhbəri Rüfət Quliyev ölkə.az-a müsahibəsində deyib.

Deputat qeyd edib ki, Azərbaycanda isə bir neçə siqaret istehsalçısı olan şirkət var: “Əgər bir məhsulu bir neçə şirkət gətirib və ya istehsal edib satırsa, burada necə manapoliya ola bilər? Heç olmasa oliqopoliya desəydilər, bu bir qədər uyğun gələrdi. Azərbaycan kiçik bir ölkədir, burada bir neçə siqaret istehsal edən şirkətlər var. Kiçik bir ölkə üçün ən azı üç siqaret istehsal edən şirkətin olması tam normaldır”.

R. Quliyev bildirib ki, xaricdə istehsal olunan siqaretlərin qiymətində bahalaşmanın əsas səbəbi bu dollarla bağlıdır: “Xaricdən gətirilən siqaretlərin qiyməti birbaşa dolların dəyərindən asılıdır. Bahalaşmanın digər səbəbi isə nağdsız hesablamaya keçməklə bağlıdır. Ona görə də Azərbaycanın kiçik və orta səviyyəli mağazaları siqaretin qiymətinin bahalaşmasına tam hazır deyil.Halbuki, son bir ildir ki, aksiz malların satışının köçürülmə sisteminə keçiləcəyi ilə bağlı müzakirələr gedir. Gərək market sahibləri də siqaret satışı ilə bağlı hesab və “VÖEN” açılmasını əvvəlcədən nəzərə almalı idi. Market sahibləri bunu nəzərə almadığı üçün bu gün siqaretin qiymətinin qalxması şok effekti yaradır. Amma burada şok nə isə yoxdur”.     

 Deputatın sözlərinə görə, üzərində “European Tobacco Baku” sözləri yazılan heç bir siqaretin qiymətində ciddi bahalaşma olmayıb. "Digər tərəfdən də bu ilin mart ayında “European Tobacco Baku” şirkətində ciddi kadr dəyişikləri olacaq. Bundan sonra isə “European Tobacco Baku” şirkətinin gücü daha da artacaq. Təbidir ki, “European Tobacco Baku” tərəfindən istehsal edilən ucuz, orta və bahalı siqaretlər olacaq. Hazırda bazarlarda “European Tobacco Baku” istehsalı olan 80-90 qəpiyə siqaretlər var. Ancaq xarici siqaretlərin qiyməti isə 1,5 manatdan başlayır”.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024