Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-02-2017, 12:16)
“Araz” supermarketi reklam etdiyi malı satmaqdan imtina etdi

Mediatv.az xəbər verir ki,  bu gün virtualaz.org analitik-informasiya portalının əməkdaşı “Araz” marketlər şəbəkəsinin “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən filialında (M.Şərifli küçəsi, 25) qəribə halla rastlaşıb.

Bakıda mağazalarda siqaret qıtlığı barədə dəfələrlə yazmışıq və bunun mümkün səbəblərini də göstərmişik. Lakin siqaretlər ola-ola onların satışından imtina edilməsi təəccüb doğurmaya bilmir.

Əməkdaşımız sözügedən mağazanın satıcı-kassirindən vitrində reklam olunan “Rothmans” siqaretindən 1 qutu istəyib. Lakin satıcı bu siqaretlərin qurtardığını bildirib. Jurnalist o zaman vitrindəki qutulardan birinin verilməsini xahiş etdikdə, kassir-satıcı buna yalnız müdiriyyətin icazəsinin olduğunu deyib.

Müdiriyyətin kassaya yaxınlaşan nümayəndəsi isə əməkdaşımıza bu qutuların reklam məqsədi ilə vitrinə yerləşdirildiyini və satılmadığını deyəndə, cavab jurnalistin təəccübünə səbəb olub: “Satmırsınızsa, niyə və nəyi reklam edirsiniz?” Suala supermarketin nümayəndəsi daha absurd ifadə ilə cavab verib: “Bunları satmaq qadağandır. Reklam üçündür. Vitrini açsaq, 50 manat cəriməsi var”.

Maraqlıdır, əgər bir mal reklam olunursa və fiziki olaraq mağazada mövcuddursa, niyə satılmır? Və əgər satılmırsa, reklamın məqsədi nədir?

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024