Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-02-2017, 10:33)
"İndiyədək regionlara 39,5 milyard manat xərclənib" - Süleyman İsmayılov

2016-cı ildə təkcə struktur islahatları deyil, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də ciddi addımlar atılıb, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsi, bank sisteminin təkmilləşdirilməsi və digər sahələr üzrə qanunvericilik aktlarının müasir dünya standartlarına uyğunlaşdırılması davam etdirilib.

Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. Onun sözlərinə görə, dövlət başçısı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 2016-cı ildə 73 sərəncam imzalayıb, bu işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait sərf edilib. 


O, bildirib ki, 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib.

Süleyman İsmayılov əlavə edib ki, prezident İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib: “Respublikanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, onların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni liftlərin quraşdırılması hazırda aktual məsələlərdən biridir. 2016-cı ildə ölkə Prezidenti 25 sərəncamı ilə bu məqsədlər üçün özünün ehtiyat fondundan 90 milyon manatdan çox vəsait ayırıb”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024