Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-02-2017, 17:48)
Bakıda sakinlərlə tikinti şirkəti arasında qarşıdurma baş verdi

Nizami rayonu, Əlif Hacıyev küçəsi, 36 ünvanda ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi gərginliyə səbəb olub. Bir qrup sakin dünən etiraz aksiyası keçirərək tikintiyə icazə verən məmurların əraziyə gəlməsini tələb ediblər.

Mediatv.az:  Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Bina sakini Rza Yusifin sözlərinə görə, “Rahatlığın məkanı” tikinti şirkəti tərəfindən çoxmərtəbəli binanın tikintisinə 2014-cü ildən başlanılıb. Bina tam hazır olan kimi qalan ağacların kəsilməsi, yolun bağlanması hesabına daha iki çoxmərtəbəli bina tikməyə başlayıblar. “Birinci binanın tikintisi zamanı 50 ildən çox yaşı olan ağaclar kəsildi. Halbuki sakinlərin Ətraf Mühitin Mühafizəsi Departamentinə ünvanlandığı müraciətin cavabında ağacların mühafizə olunduğu yazılmışdı. MTK gecə saatlarında ağacları kəsərək tikintiyə başlamışdı. Dünən binanın yolunu kəsərək yenidən qazıntı işlərinə başlanılıb”, - R.Yusif deyib.

Yeni tikilmiş bina ilə etirazçıların yaşadığı beşmərtəbəli binanı dar yol ayırır. Binanın əsas girişi qazılaraq yararsız hala salınıb. Nəticədə, 300-dən çox sakini olan binaya giriş-çıxış məhdudlaşıb.

 

“Yolun üstündə tikinti aparılmaması üçün dünəndən növbə ilə keşik çəkirik. Yağışa, qara baxmayaraq, evlərimizə getməyəcəyik. Dünən də Nizami rayon polis idarəsinin, Ətraf Mühitin Mühafizə Depatamentinin nümayəndələri əraziyə gəldilər. Lakin heç kim tədbir görmək istəmir. Binanın yaxınlığındakı uşaq meydançası dağıdılıb. Tikinti işlərindən sonra binanın özülünə zərər dəyib. Kran düz bizim binanın üstündə dayanıb, təhlükəsizlik tədbirlərinə riayət olunmasa hər an qəza baş ver bilər”, - sakinlər deyiblər.

Tikintidən sonra binaya avtomobillə giriş mümkün deyil. Sakinlər tikinti aparılarkən dağılmış, kələ-kötür, palçıq yoldan istifadə etmək məcburiyyətindədirlər. “Tikintisi başa çatmış binanın birinci mərtəbəsində market istifadəyə veriləcək. Marketə gələn müştərilər maşını harada saxlayacaq? İndi bir piyada yolu qoyublar, deyirlər ki, gələcəkdə yeraltı qaraj tikiləcək. Guya ki, gələcəkdə tikiləcək qarajda bizə yer ayrılacaq. Qaraj harada tikliləcək? Ona qədər biz maşınları harada saxlamalıyıq? Təcili yardım gələrsə, binaya necə yaxınlaşacaq? Bu suallarımıza cavab ala bilmirik. Tikinti şirkəti dünən tikilən binanın layihəsini təqdim etdi. Həmin layihədə ərazinin sahəsi şişirdilib, yəni artıq göstərilib. Belə çıxır ki, bizim binanın yerində park nəzərdə tutulub”, - sakin Bəhruzə Əliyeva deyir.

Şikayətçilər onu da əlavə edirlər ki, şirkətin bina tikmək istədiyi yoldan kommunikasiya xətti keçir: “Buna görə də, növbəti binaların tikilməsi üçün qalan ağacların kəsilməsi mütləqdir. Ətraf Mühitin Mühafizə Departamentinin əməkdaşları isə deyirlər ki, səlahiyyətləri cərimələrin tətbiqi ilə yekunlaşır”.

Sona adlı sakin Dövlət Arxitektura Komitəsinin normativlərini təqdim edir. “Komitə tərəfindən təqdim edilən normativə əsasən bu ərazidə 18 mərtəbəli bina tikmək olmaz. Çünki 18 mərtəbəli bina ən azı 2 hektar ərazidə tikilməlidir. Binalar arasında məsafə qorunmalıdır. Tikilmiş binanın 800 sakini olacaq. Ümumilikdə, binalarda 2 min sakinin yaşaması planlaşdırılıb. 2 min sakinin yaşayacağı binanın həyəti, maşın saxlamağa dayanacağı olmayacaq. Bizim bina ilə yeni binaların blokları arasında 5-10 metr məsafə saxlanılmayıb. Şirkət sahibi deyir ki, bu bizim problemimiz deyil, biz ancaq ev satmaqla məşğuluq”, - sakin söyləyib.

Şikayətçilər onu da bildiriblər ki, binaların tikintisi üçün 2 köhnə bina sökülüb. “MTK-ya verilən sərəncama əsasən, şirkət Kamil Balakişiyev küçəsi ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində yerləşən ərazidə ev tikə bilər. Biz Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrini dəvət edirik, gəlib baxsınlar, sərəncama riayət edilib-edilmədiyini yoxlasınlar. Digər qurumlara etdiyimiz müraciətlər icra hakimiyyətinə göndərilir. Bu ərazidə bir bina yetərlidir, biz digərlərinin tikilməsinə imkan verməyəcəyik”, - sakinlər xəbərdarlıq ediblər.

Qeyd edək ki, tikinti şirkətinin nümayəndələri də ərazidə olublar. “Sakinlər danışdılar, indi sahibkarı dinləyin. Bütün sənədlər qaydasındadır, istənilən şəxs ofisə gəlib sənədlərlə tanış ola bilər”, - şirkət əməkdaşları deyiblər.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024