Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-02-2017, 10:50)
Biləsuvarın dünəni və bu günü - Araşdırma

     

 

       2016-cı il də sona yetdi. 2016-cı ildə Biləsuvar rayonunda bütün sahələr üzrə  işlər əvvəlki illərdə olduğu kimi  istər sosial-iqtisadi, mədəni inkişaf sahəsində, istər də abadlıq-quruculuq sahələrində davam etdirilmiş, nailiyyətlər əldə olunmuşdur. 2016-cı ildə   6040 hektar sahədə pambıq əkilmiş və 12062 ton məhsul toplanmışdır. Bu da müvafiq dövrün göstəriciləri ilə  müqayisədə 2 dəfə artım deməkdir. Bu müddət ərzində 12 min nəfər işlə təmin olunmuşdur. 2016-cı ildə  rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkilmiş və sahələrdən 79.8 min ton məhsul əldə olunmuşdur. 2017-ci ilin məhsulu üçünsə 2016-cı ilin payızında 24.4 min ton taxıl əkilmişdir.Ötən 2016-cı ildə rayon üzrə iri buynuzlu mal-qara  41.3 min baş, xırdabuynuzlu mal-qara   isə 139 min baş təşkil etmişdir.2016-cı ildə Biləsuvar rayonunda ümumi məhsul buraxılışının həcmi  233.6 milyon manat olmuşdur ki, bu da ötən 2015-ci illə müqayisədə 18.7 milyon manat və ya 8.7 faiz çoxdur. Pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi  2.4  milyon manat gəlir əldə etmişdir. Biləsuvar şəhərinin  7 küçəsində və  Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8.9 km məsafədə asfalt-beton örtüklü yol tikilmişdir.

     Sadaladığımız bu rəqəmlər Mahir Quliyevin rəhbərliyi alrında Biləsuvar rayonunda 2016-cı il ərzində görülmüş işləri əks etdirən statistik rəqəmlərin bir hissəsidir. Belə göstəriciləri rayonun bütün sferası üzrə sadalamaq olar. Bircə onu demək kifayət edir ki 2016-cı il, Biləsuvar rayonu daxili imkanlardan gəlirlərinə görə respublika rayonları arasında liderlik edir.

     Onu da qeyd edim ki 2016-cı ilin sentyabr ayının 3-də rayona səfər edən ölkə başçısı rayonda görülən işlərlə tanış olmuş, əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi rayon xəstəxanasının və 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 kilometr olan  Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun açılışlarını etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  pambıqçılığın  inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda da kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Cənab Prezidentin tövsiyələrini rəhbər tutan Mahir Quliyev 2017-ci idə görüləcək işləri də proqramlaşdırıb. Beləki 2017-ci ildə rayonda 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmış və pambıq emalı məntəqələri ilə 10 min hektardan çox müqavilə bağlanmışdır. Cənab Prezidentin  səmərəsiz istifadə olunan on min hektarlarla  örüş torpaqlarından  səmərəli  şəkildə istifadə olunması ilə bağlı  tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonda  bu istiqamətdə işlərə başlanılmışdır. Dövlət Fonduna aid 5 ayrı-ayrı massivdə yerləşən, ümumi sahəsi  17136  hektar əkinə yararlı qış otlaq sahəsinin  təyinatının dəyişdirilərək kənd təssərrüfatı məhsullarının əkilməsi məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi və ərazinin suvarılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektorların qazılması işlərinə başlanılmışdır. 5000 hektar ərazidə salınacaq Aqropark üçün nəzərdə tutulan qış otlaq sahəsinin sənədləri  hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir. Bu ərazidə isə pambıq, taxıl, soya, günəbaxan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.

    Rayon ağsaqqallarının,ziyalılarının,tanınmış sahibkarların və fermer təsərrüfarı sahiblərinin fikirlərini ümumiləşdirərək deyə bilərik ki, Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev , aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları və digər idarələrin rəhbərləri vaxtaşırı olaraq,  bütün kəndlərində görüşlər və səyyar qəbullar keçirirlər. Mahir Quliyev yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını,ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri,əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.Səyyar qəbullarda vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Mahir Quliyev məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Mahir Quliyev bir çox hallarda aztəminatlı sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.Aztəminatlı ailələrin yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

 Verilən məlumatlara görə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi Mahir Quliyevin daim diqqət mərkəzindədir. Sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Biləsuvar rayonunda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir, sahibkarların görəcəyi işlər dəqiqləşdirilir, onların hər birinə öz işlərini daha da genişləndirmək üçün planlar hazırlamaq tövsiyə olunur. Mahir müəllim RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir.

   Di gəl, çox təssüflər olsun ki, Biləsuvarda gedən inkişaf meyllərini gözü götürməyən, Mahir Quliyevin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar.  Dövlətçiliyə bunca sadiq adamı  az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024