Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-02-2017, 11:35)
Problemli kreditlərin məsuliyyəti 4 yerə bölüşdürülsün

 

Manatın 2015-ci il 21 fevral və 21 dekabr devalvasiyalarından sonra problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb.

 

Mediatv.az:  Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir. Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5% ətrafında dəyişirdi. Son günlər milli valyuta möhkəmlənsə də vəziyyət dəyişmir.


Elə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Modern.az-a mütəmadi olaraq bu cür vətəndaş şikayətləri aldığını bildirir. O, problemli kreditlərlə bağlı məsələnin hələ də olunmamasına təəssüf edir:


“Bu çox ciddi məsələdir. Bu gün banklarla bağlı 12 məktub imzalamışam, hələ baxmadığım məktublar da var. Problemli kreditlərlə bağlı çox sayda insan müraciət edir. Digər tərəfdən, bank sisteminin özündə çox ciddi problemlər yaranıb. Təsəvvür edin ki, manat dəyərdən düşəndən sonra bankların verdiyi kreditlərin miqdarı kəskin azalıb. Bank aktivlərinin faizi əvvəllər 70 idisə, indi 50 faizdən də aşağı düşüb. 5 il müddətində bu göstəricilər çox aşağı həddədir. Aktivlər 35 milyard manatdan 31 milyarda düşüb”.


Deputat deyib ki, buna səbəb Mərkəzi Bankın uçot dərəcəsini 15 faizə qaldırmasıdır:


“Digər tərəfdən banklar əvvəllər xaricdən il ərzində 1,5-2 milyard dollar vəsait cəlb edirdilər. İndi o vəsaiti də cəlb edə bilmirlər. Mən və həmkarım Əli Məsimlinin müəllifi oldğumuz 14 səhifəlik təklifdə də məhz dollarla götürülən kreditlər məsələsinə xüsusi diqqət ayrılıb. Bu təkliflərdə kreditin 4 tərəf-dövlət, Mərkəzi Bank, kommersiya bankı, vətəndaş arasında bölüşdürülməsi nəzərdə tutulub ki, heç bir tərəfə yük düşməsin. Çox təəssüflər olsun ki, müraciətimizə heç hələ də cavab almamışıq”.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024