Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-02-2017, 14:32)
Naxçıvanda qəbirüstü tikililər sökülür!

1486636061_vasiftalibovff

Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.

Mediatv.az:  BakiPost.az xəbər verir ki, iş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan “Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.

Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.

Bildirilir ki, bu işlər hələlik Naxçıvan şəhərində aparılır.

Naxçıvanlılar qəbiristanlıqlarda dəbdəbənin yığışdırılmasıyla bağlı qanun layihəsinin çox yerində olduğunu, lakin yeni qaydaların bundan sonra üçün tətbiqinin məqsədəuyğun olduğunu hesab edir: “Bu, çox yaxşı qanundur. Lakin bundan sonraya tətbiq edilməlidir. Bu vaxta kimi heç bir qadağa yox idi, insanlar da öz ölülərinə hörmət əlaməti olaraq dəbdəbəli qəbirlər düzəldirdi. Qanunda deyilmir ki, gedin tikililəri sökün. Deyilir ki, tikilməsinə icazə verilməsin”.

Məsələ ilə bağlı rəsmi məlumat almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024