Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-02-2017, 14:45)
Azərbaycanda siqaret qıtlığı yarandı: FİRMALAR SATIŞI DAYANDIRDI

9919488024_siqarett

 

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

Mediatv.az xəbər verir ki, bu barədə Lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nəğdsiz satışına keçildikdən sonra firmalar topdansatışı demək olar ki, məhdudlaşdırıb.

Bu barədə redaksiyamıza məlumat verən iş adamının sözlərinə görə, siqaretin nəğd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: “Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir”.

Əldə etdiyimiz məlumata görə, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla “qara bazar”dan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar “Kent”, “West” və “Winston” şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: ““Qara bazar”da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır” – deyə sahibkar qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024