Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-02-2017, 12:47)
Kimsəsizlər xəstəxanalarda saxlanılacaq - Nazir əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq əmr imzalayıb.

Mediatv.az:  Azvision.az-ın məlumatına görə, havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım xidməti tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına çatdırılır və orada yerləşdirilir. Nazirlikdən bildirilib ki, onlara zəruri tibbi yardım, qida və müvafiq geyim təqdim edilir. Məlumata görə, soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

Qeyd edək ki, ötən il həmçinin Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsində Təcili Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən toplantıdan sonra, ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilib.

Qüvvədə olan qərara əsasən, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024