Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-01-2017, 23:11)
1 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ NƏ BAŞ VERİR?

kurdaxani-tecrid-300x169

Məhkum yaxınları həbsxanaya qoşun yeridildiyini, Penitensiar Xidmət belə şey olmadığını deyir

“Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub”.

Mediatv.az:  Bunu AzadlıqRadiosuna adını çəkmək istəməyən məhbus yaxınlarından biri deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş:

“İNDİ DƏ QOŞUN ORDADIR”

“Dustaqların səsi, qışqırtısı çölə gəlirmiş. İndi də qoşun ordadır”.

Başqa bir məhbus yaxını da AzadlıqRadiosuna deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib:

“Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar. Bu həbsxanada məhbuslar bahalığa etiraz ediblər və buna görə daxili qoşun əsgərləri və qara maskalılar yeridilib. Məhbusları döyüblər, hətta “dubinka”larda qan izləri görən olub. Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar. Biz indi burda dayanmışıq, vəziyyət bir qədər sakitləşib. Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında “perlovı”dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.

“YALANDIR”

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb:

mehman sadiqov edliyye

“Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır”.

1 saylı cəzaçəkmə müəssisəsi ümumi rejimlidir. Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Yerli mediada bir neçə dəfə burda məhbusların döyülməsi xəbərləri yayılır. Penitensiar Xidmət İdarəsi bir qayda olaraq bu xəbərləri təkzib edib.

Azərbaycandakı çəzaçəkmə yerlərində ərzağın bir neçə dəfə baha satılmasıyla bağlı yerli hüquq müdafiəçiləri də daha öncə məlumat yayıblar. Cəzasını çəkib çıxan keçmiş məhbuslar da həbsxanalardakı bahalığın adi hal olduğunu deyir.(azadliq.org)

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024