Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-01-2017, 15:16)
“Azercell”in əsas təsisçisi Azərbaycandan gedir

“Azercell”in əsas təsisçisi “Telia Company” Azərbaycandakı fəaliyyətini məhdudlaşdırıb. Şirkət bu barədə 2016-cı illə bağlı illik hesabatında bildirib.

Mediatv.az xəbər verir ki, hesabatda deyilir ki, “Telia Company” Avrasiya məkanında (Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepal) fəaliyyətini məhdudlaşdırmaq və bir müddət sonra regionu tərk etmək qərarını verib.

Şirkət bunu həmin bazarlarda hökumət müdaxilələri, səhmdarların öz öhdəliklərini yerinə yetirməsini əngəlləyən səbəblərlə izah edib.

“Telia Company” öz payını Azərbaycanda kimə satdığını açıqlamasa da, “ölkə.az” saytı onun öz payını “PaşaHoldinq”ə satdığını yazıb.

telia company

AzadlıqRadiosu məsələ ilə bağlı “Telia Company”yə sorğu ünvanlayıb. Həftəsonu olduğundan “Paşa Holdinq” və “Azercell”lə əlaqə saxlamaq mümkün olmayıb.

“Azercell” şirkəti rəsmi saytında şirkət barədə məlumatını yeniləməyib. Şirkət özü barədə məlumatda bildirir ki, hazırkı 100% sərmayədarı Türkiyənin “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş,” şirkətidir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsinin (OCCRP) jurnalistləri bir neçə il öncə aşkar etmişdilər ki, “Azercell”də hökumətin payı müəmmalı yollarla Azərbaycan prezidentinin ailəsinə bağlılığı olan şirkətlərə ötürülüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024