Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-12-2016, 15:24)
"Hər an müharibə başlaya bilər" - General Aydəmirov

 

 

“Ermənilər Azərbaycan ordusunun qarşısını ala bilməyəcəklər”. 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərmələrinə münasibət bildirərkən deyib. 

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: “Ermənilərin indi tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat yaratmağa cəhd edirlər, ya da hansısa yaşayış məntəqəsini atəşə tuturlar. Buna da nail ola bilmirlər. Azərbaycan ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alacaq. Bu baxımdan hesab edirəm ki, hər an müharibə başlaya bilər. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var. Ali Baş Komandanımızın dediyi kimi Azərbaycan ordusu hər zaman hazır vəziyyətdədir”. 

Ehtiyatda olan general bildirib ki, ermənilər sadəcə olaraq özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə təxribatlara əl atır: “Bu isə qətiyyən mümkün deyil”.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024