Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-12-2016, 21:16)
Mikayıl Cabbarov Misir Mərdanovun adamları ilə yolları ayırır

 

Mikayıl Cabbarov Misir Mərdanovun adamları ilə yolları ayırır

 

Azərbaycanda dərsliklərin hazırlanmasında yeniliklər gözlənilir. Bu ilk növbədə ənənəvi dərslik müəllifərinin əvəzlənməsində özünü göstərəcək. 

Mediatv.az:   Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı həlledici qərar verilib. Belə ki, Nazirlər Kabineti Təhsil Nazirliyinə dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyəti verib.

Xatırladaq ki, iki gün öncə təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan orta məktəb dərsliklərinin yazılması ilə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib: "Bu səlahiyyəti nazirliyə Nazirlər Kabineti verib. Bundan başqa, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular göndəriləcək".

Nazir qeyd edib ki, bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək. 

M.Cabbarovun sözlərinə görə, dərsliklər hazırlanan zaman elm və təhsilin birgə təklifləri nəzərə alınsa, nəticə daha məhsuldar olar: “Ümumilikdə, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”. 

Xatırladaq ki, Azərbaycanda dərsliklərin hazırlanmasına indiyədək müstəqil ekspertlər və KİV kifayət qədər tənqidi mövqedən yanaşıblar. Söhbət dərslik tenderlərinin qeyri-şəffaflığından tutmuş onların bəzi hallarda təsadüfi şəxslərə həvalə edilməsinəcən bir çox mühüm məqamlardan gedir. Nəticədə ölkənin orta məktəb dərsliklərinin səviyyəsi ciddi polemikalara səbəb olub. 

Saytımıza daxil olan məlumatda bildirilir ki, hazırda əksər dərslik müəllifləri bu işə sabiq təhsil naziri Misir Mərdanovun dövründə başlayıblar. Bu səbəbdən də onlar daha çox Mərdanovun kadrları olaraq xaraktrerizə edilir. Gözlənilən odur ki, qarşıdakı mərhələdə məhz sabiq nazirlə yaxınlığı ilə bilinən belə müəlliflərlə yollar ayrılacaq. 

Xatırladaq ki, hər il Təhsil Nazirliyi xətti ilə dərsliklərə milyonlarla manat xərclənir. 

Məsələn, 2013-cü ildə büdcədən dərslik çapına 8.6 milyon manat, 2014-cü ildə 8 milyon manat ayrılıb. 2015-ci il il üçünsə bu tədbirlərə 8,5 milyon manat nəzərdə tutulmuşdu. 

Ümumiyyətlə, son dövrlər dərslik çapı üçün yönəldilən vəsaitlərin həcmi bir qayda olaraq hər il 8 milyon manatdan yuxarı məbləği təşkil edir. Ən az vəsait 2006-2007-ci illərdə ayrılıb ki, bu da uyğun olaraq 6 və 7 milyon manat təşkil edib. 

Göründüyü kimi, ortada kifayət qədər böyük məbləğlər var və bunun qarşılığında hazırlanan dərsliklərin səviyyəsi xüsusilə Misir Mərdanovun nazir olduğu dönəmdə ciddi mübahisələrlə müşayiət olunurdu. 

Hətta nazir təyin edildikdən qısa müddət sonra Mikayıl Cabbarov özü də müsahibəılərindən birində bunu dilə gətirmişdi.  O, 2007-ci ildə Azərbaycanda kurikulum sisteminin tələsik təötbiq edilməsindən gileylənərək bildirmişdi ki, yeni dərsliklərin köhnə müəlliflərə sifariş edilməsi ciddi səhv olub. “Kurikulum təhsilə yeni yanaşmadır, yeni formatdır, məsələlərin yeni qoyuluşudur, məzmunca yeni təhsildir. Uşaqlara köhnə dərsliklə yeni məzmunlu təhsil vermək mümkün deyil”, - deyə nazir əlavə etmişdi. 

Nazir bu müsahibəsininüzərindən təxminən 3 ilə yaxın vaxt keçdikdən sonra artıq həmin köhnə müəlliflərlə (hansı ki, onlara Misir Mərdanov tərəfindən və qeyri-sağlam şərtlər altında “yaşıl işıq” yandırılmışdı...) yolları ayırmaq fürsəti qazanıb. 

Belə görünür, biz yaxın 1-2 ildə Azərbaycanda dərsliklərin yazılmasının tamamilə yeni müəlliflərə həvalə ediləcəyinin şahidi olacağıq. 

Baxmayaraq ki, bu, bir o qədər asan olmayacaq – çünki belə müəlliflərinin bir çoxunun hələ də güclü himayədarlarının olduğu deyilir...

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024