Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-11-2016, 09:51)
Eldar Mahmudova daha bir zərbə: MTN generallarının tikdirdiyi bina söküləcək

MTN generallarının tikdirdiyi bina söküləcək
Mediatv.az:  Dünən mətbuatda Respublika Prezidentinin sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevin Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə bina tikdirdiyi haqda informasiya yayıldı. 

Qeyd edək ki, yaxınlıqdakı binaların yolunun üzərində tikilən göydələn məhəllə sakinlərinin etirazına səbəb olub.

Hadisə yerində olan əməkdaşımızla söhbət zamanı məhəllə sakinlərinin dediyinə görə, "Azər İnşaat Qranit" MMC heç bir tikinti normalarına və şəhər salma qaydalarına əməl etmir. Bu azmış kimi tikintinin kotlavanı qazılan ərəfədə şirkətin 50 ağac kəsdiyi də deyilir.

Hadisə ilə bağlı Qlobal.az ilginc məlumat əldə edib. Əldə etdiyimiz məlumatda iddia olunur ki, həmkarlarının böyük əksəriyyətinin həbsdə olduğu bir vaxtda general Mövlam Şıxəliyevin paytaxtın mərkəzində tikinti biznesini davam etdirməsi heç də öz gücünə görə deyil. Belə ki, məlumatda general Mövlam Şıxəliyevin sabiq MTN şefi Eldar Mahmudovla şərik olduğu deyilir. Deyilənə görə, general Mövlam Şıxəliyev uzun illərdən bəridir ki, sabiq nazirlə şərikli tikinti biznesi ilə məşğuldurlar. Onun hətta Bakının incilərindən biri olan "Altes Plaza”-da da Eldar Mahmudovla şərikli daşınmaz əmlakının olduğu deyilir.

Xatırladaq ki, "Azər İnşaat Qranit" MMC tərəfindən tikilməkdə bina 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin TSİ İdarəsinin Məlumat və Resurs Mərkəzi, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universitetinin yaxınlığındadır. Bu üzdən binanın tikintisinə müvafiq qurumların necə icazə verməsi də qaranlıq mətləblərdən xəbər verir. 

Son məlumata görə isə yeni tikilməkdə olan bina ətrafında yaranan qalmaqal artıq ölkənin ali instansiyalarına da çatdırılıb və qəzəb doğurub. Rəhbərliyin qəzəbi və məhəllə sakinlərinin haqlı etirazı onu göstərir ki, yaxın günlərdə aparılan tikinti işləri dayandırılacaq və yerində məhəllə sakinləri üçün park inşa ediləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəf də münasibət sərgiləyə bilər. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024