Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-11-2016, 11:42)
Bakıda yol polisləri sürücünü döydü – FOTO

fh

Bakıda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən döyülüb.

Mediatv.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, “Südçülük sovxoz”u adlandırılan ərazidə baş verib.

Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobus yol polisinin “Saxla” əmrinə tabe olaraq hərəkətini dayandırıb. Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib. Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu “Cərimə meydançası”na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə, sonra isə dava düşüb. Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə “Cərimə meydançası”na aparılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024