Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-10-2016, 17:14)
Mahmudovun “əmisi”nin bankı bağlana bilər

Mahmudovun “əmisi”nin bankı bağlana bilər
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən banklarda yoxlamalara başlaması xəbəri ilk baxışdan heç bir qeyri-adiliyi ilə diqqəti cəlb etmir

Mediatv.az:  Sadəcə olaraq məlumatda kommersiya banklarında hər bir detal Palata tərəfindən ciddi şəkildə təftiş edildiyi qeyd edilirdi. 

Yoxlamalar nəticəsində daha bir neçə bankın bağlanma ehtimalı da məlumatda öz əksini tapıb. Palataının sədri Rüfət Aslanlı isə mətbuata açıqlamasında aydınlıq gətirib: “Biz öncədən belə bir öhdəlik götürə, yaxud bəyanat verə bilmərik ki, hansısa bank bağalanacaq, yaxud da bağalanmayacaq. Biz mütəmadi nəzarət həyata keçiririk. Görəndə ki, öhdəliklər yerinə yetirilmir, qanun pozuntuları var, istehlakçıların hüquqları pozulur, o zaman bankların lisenziyalarını geri çəkirik”.

İnfoAZ.org-a daxil olan məlumatlara görə isə son bir neçə ayda bir neçə bankın bağlanması diqqətləri digər banklara yönəldib ki, onlardan biri də “Muğanbank” Açıq Səhmdar Cəmiyyətidir. Bu ASC-nin səhmdarları isə dörd nəfərdir. “MuğanBank” ASC-nin Müşahidə Şurasının sədri Elmir Mehdiyev 63,5 faiz payla ASC-nin ən böyük səhmə malik səhmdarıdır. Onun atası Maqbet Mehdiyev 13.1 faiz, anası Fəridə Mehdiyeva 11.35 faiz və həyat yoldaşı 12.05 faizlə bankın səhmdarlarıdır. Yəni bu bank bir ailə bankıdır. ASC-nin səhmdarlarından biri və Bankın Müşahidə Şurasının sədrinin həyat yoldaşı Vəfa Vəliyeva isə “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin qızıdır. Buna görə, bu bankın “Odlar Yurdu” Universitetinin rektoruna bağlı olması ilə bağlı iddialar da var.

Qeyd edək ki, hətta ötən il mediada “Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayılmışdı. Doğrudur, Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bu məlumatları təkzib etməyə çalışmış və “Muğanbank”ın onun üçün kənar bank olmasını iddia etmişdi. Ancaq qızı və kürəkənin birlikdə bankın səhmlərinin 75 faizindən çıxuna nəzarət etməsi “Muğanbank”ın rektor üçün kənar bank olmadığını göstərir. Üstəlik “Odlar Yurdu” Universitetinin bank hesabları da bu bankda olub. Yəni, “Muğanbank”la “Odlar yurdu” universitetinin rektoru Əhməd Vəliyevi bir-birinə baxlayan tellər çoxdur. O ki qaldı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev arasında münasibətlərə, onların arasında çox yaxın münasibətlər olub. Adının açıqlanmasını istəməyən mənbənin infoAZ.org-a verdiyi məlumata görə, hətta keçmiş nazir rektora əmi deyə müraciət edirmiş. Onlar arasındakı münasibətlərin yaxınlığını “Odlar Yurdu” Universitetində E. Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum günləri qeyd olunub. Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilib.

Məlumata görə Əhməd Vəliyevin Mahmudovlar ailəsi ilə münasibətləri akademiklə başlayıb. Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev çox geniş əlaqələrə malik şəxslərdən sayılır. Məlumata görə, 2000-ci illərin əvvələrində “Odlar Yurdu” Universiteti bağlanmaq təhlükəsi ilə də üzləşibmiş və o zaman Əhməd Vəliyevin köməyinə Prezident Aparatında dövlət nəzarəti şöbəsinin müdiri olan mərhum Salman Cəfərov çatıb. “Odlar Yurdu” Universitetinin yaradılmasında isə 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını sədri olmuş mərhum Fərməz Maqsudovun böyük rol oynadığı qeyd edilir. Sonralar Universitetlə bağlı müəyyən iddialar da meydana çıxıb. Məlumata görə, Universitetə sahiblik hüququ uğrunda mübarizə aparan şəxlərin məğlubiyətində də Eldar Mahmudovun Əhməd Vəliyevə dəstəyi az rol oynamayıb.

İindi isə vəziyyət ciddi şəkildə dəyişib. Bank sektorunda nəzarətsizliyə son qoymaq üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası heç kimə güzəştə getmək niyyətində deyil. Bu günə kimi lisenziyaları ləğv edilən bankların fəaliyyətinin dayandırlmasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yoxlamaları xüsusi rol oynayıb. İndi siə deyəsən, növbə “Muğanbank”a çatıb. Mövzunu izləməyə davam edəcəyik. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024