Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-06-2016, 20:30)
Quba rayon Təhsil Şöbəsinin müdiri Ceyhun Bayramovu «yıxıb-sürüdü» - ŞOK AUDİO YAZISI

Quba rayon Təhsil Şöbəsinin müdiri Ceyhun Bayramovu «yıxıb-sürüdü» - ŞOK AUDİO YAZISI

Loğman Müslümov nazir müavininin qəzəbinə tuş gəlib Loğman Müslümov rüşvət iddialarını etiraf etdi Quba rayon Təhsil Şöbəsinin müdiri ilə bağlı ötən günlərdə tənqidi yazı dərc etmişdik. Və orada şöbə mudiri Loğman Müslümov barəsində faktlar əksini tapmışdı. Verilən məlumatda bildirilirdi ki, Quba rayonunda RTŞ müdiri elan edib ki, direktorların müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, onu mütləq görməlidir. Gundelik-baku.com-a verilən məlumatda qeyd olunurdu ki, RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib. Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb ediblər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki, rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin. Həmin məqalədə bir sıra faktlara toxunulurdu. Təkrarçılıq olmasın deyə, yenidən onlara toxunmaq istəmirik. Amma kiminsə marağında olsa, aşağıdakı linkə daxil olmaqla qeyd olunan məqalə ilə tanış ola bilər: (http://gundelik-baku.com/index.php?newsid=39122). Məqalə dərc ediləndən sonra Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov iclas çağıraraq nitq söyləyib. Və həmin nitqdə rüşvət alındığını etiraf edir: – Gedib haradasa məni satmaq lazım deyil, mən satılmışam çoxdan. Gedib artıq-əskik danışıb özünüzü biabır edirsiniz. Hamı bilir kim necə nəfəs alır. Kim necə dövlətlidir, necə işləyir, hansı fırıldaqla məşğuldur. Mən Təhsil Şöbəsinin müdiri kimi işləyirəm, rayon rəhbərliyi və digər qurumlar bilir necə işləyirəm, necə nəfəs alıram, nə ilə məşğulam. Sizin verdiyiniz 100, 200 manat da danışılır. Məktəb direktorları 30-40 manat pul verir, bunu da dilə gətirirlər. Gedib deyirlər ki, biz pul yığırıq. Bəli, həmin pullarla xalqın evini tikirik… Təhsil Şöbəsinin müdirinin danışığının geniş səs yazısını sizə təqdim edirik. Qeyd edək ki, səs yazısında təhsil nazirinin müavini Ceyhun Bayramovun da adı çəkilir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024