Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-02-2016, 10:36)
Alı Alıyev: "Füzuli rayonu kənd təsərrüfatı məhsulları ilə özünü yüz faiz təmin edəcək" - FOTOLAR

Alı Alıyev: "Füzuli rayonu kənd təsərrüfatı məhsulları ilə özünü yüz faiz təmin edəcək" - FOTOLAR

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına Füzuli rayonunda başlanılmışdır.

Mediatv.az xəbər verir ki, Rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı konkret işlər görülür.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Kərimbəyli kəndində əhalinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanmış, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşmüş, onlara məsələhət və tövsiyyələrini vermişdir.

Bildirilmişdir ki, Kərimbəyli kəndinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilmişdir. Kənddə məktəb, uşaq bağçası, kitabxana, poçt məntəqəsi, klub fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub, kəndarası yollar asfaltlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kərimbəyli kənd sakinləri ilə görüşündə qeyd olunub ki, 372 təsərrüfatın mövcud olduğu kənddə əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Kərimbəyli kəndində əhalinin şəxsi təsərrüfatlarında 1700-dən artıq iri buynuzlu, 3000 çox xirda buynuzlu mal qara və qoyun-keçi vardır. Hazırda kənddə həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və iki ədəd istixana yaradılıb.

Alı Alıyev kənd sakinləri ilə söhbətində qeyd edib ki, Füzuli rayonunda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait vardır. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə və respublika bazarına müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarıla bilər. Bunun üçün ilk növbədə ərazidə məskunlaşan məcburi köçkünlər həyatyani torpaqlarından səmərəli istifadə etməli, kənd təsərrüfatı məhsullarının istehsalına xidmət edən işlər görməlidirlər.

Kənd sakinləri də rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər, Füzulinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvvəlki şöhrətinin geri qaytarılması təşəbbüsünü birmənalı olaraq dəstəkləyiblər.

Hazırda rayonun işğaldan azad olunmuş ərazisində məskunlaşan məcburi köçkünlər həyatyani torpaqlarında artır kartof əkininə başlayıblar, bostan-tərəvəz bitkilərinin yetişdirilməsi üçün şum-əkin işləri həyata keçiriblər. Əhali ilə aparılan maarifləndirmə, izah işləri, görülən tədbirlər onu deməyə əsas verir ki, bu il Füzuli rayonu özünü ekoloji təmiz, yerli istehsal olan kənd təsərrüfatı məhsulları ilə yüz faiz təmin edəcək və respublika bazarlarına müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxararaq ölkədə ərzaq bolluğunun yaradılmasına öz müsbət töhfələrini verəcəklər.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024