Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (29-01-2016, 12:14)
Fazil Məmmədov MTN-in idarə rəisinə 200 min manat niyə verib? - İlginc iddialar

Fazil Məmmədov MTN-in idarə rəisinə 200 min manat niyə verib?
Bir müddət əvvəl ləğv olunmuş MTN-də çalışanlarla bağlı ilginc informasiyalar hələ də mətbuata sızmaqdadır.

 

Mediatv.az xəbər verir ki, gedişat fonunda üzə çıxan bir sıra detallar içində məmurların MTN rəhbərliyinə mənbə üçün pul xərcləmələri də yer alıb. 

Qeyd edək ki, indiyə qədər bir neçə məmurun pul müqabilində mətbuatda «vurulması»nın səbəbkarlarını tapdıqları deyilir. Lakin bu məmurların heç də hamısının adları açıqlanmayıb. Cumhuriyyet.net saytı isə bu qəbildən olan daha bir məlumatı üzə çıxarıb. 

Sayt yazır ki, pul verib, mənbə axtaran nazirlərdən biri də Fazil Məmmədov olub. Vergilər naziri MTN-in idarə rəisi və müavinlərindən birinə müraciət edərək, onlardan yardım istəyib. Pul müqabilində istənilən işi görən «mtnçi»lər qısa müddətdə araşdırma apararaq, nazir haqqında mətbuata məlumat ötürən şəxsi müəyyənləşdirə biliblər. 

Sayta məlumat verən mənbə bildirir ki, Fazil Məmmədovla bağlı mətbuata dəqiq məlumat ötürən şəxs isə heç də kənar biri olmayıb. «Nazir mənbənin tapılıb üzə çıxarılması üçün 200 min manat pul xərcləməli olub. MTN rəhbərliyi isə mətbuatdakı adamları vasitəsi ilə mənbənin kimliyini dəqiqləşdiriblər və Fazil Məmmədov nəticədən şoka düşüb. Məlum olub ki, informasiyaları ötürən şəxs elə nazirin doğmaca xalası oğlu imiş». 

Cumhuriyyet.az onu da xəbər verir ki, zalası oğlunun belə hərəkətindən bərk qəzəblənən nazir onu MTN təcridxanasına salınmasını istəyib. «Mənbə iddia edir ki, təcridxanada vəhşicəsinə döyülən xalaoğlu elə oradaca iflic keçirir. Lakin sonradan oradan çıxarılan nazirin qohumu bir müddət müalicə alıb. Nazirin yaxın adamlarının nəzarəti altında aldığı müalicədən sonra qohumu ölkədən çıxarılıb. Və onu ailəsinə bağışladıqlarını bildiriblər. Xalaoğlu isə tutduğu əməldən peşiman olduğunu dilə gətirib».

Qarşı tərəfi də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024