Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (8-04-2014, 21:01)
“Təfəkkür” universitetində rüşvət piramidası

 

Tələbələr hər ötən gün ali təhsil ocağının bağlanacağı qorxusu ilə yaşayırlar

Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetinin bir neçə tələbəsi elektron ünvanımıza ali məktəbdə baş verən qanunsuzluqlara bağlı müraciət edib.

Editor.az-a daxil olan məlumata görə, universitetdə artıq indidən yay aylarında baş tutacaq dövlət imtahanlarına görə ali məktəbin sonuncu kurslarında oxuyan bütün tələbələrdən 1500- 2000 manat məbləğində rüşvət yığılmasına başlanılıb. Universitetin dekanların tərəfindən tələbələrə bildirilib ki, indi bu məbləği vermək istəməyənlər bir neçə ay sonra iki qatını verməyə məcbur olacaqlar: “Çünki tapşırıq rektorundur, başqa heç bir halda dövlət imtahanından keçmək mümkün deyil”.

Tələbələr bildirir ki, “Təfəkkür” Universitetində hazırda təhsil alan və artıq məzun olan gənclər hər gün ali məktəbin bağlanacağı qorxusu ilə yaşayırlar: “Universitedə hər gün “Təfəkkür”ün bağlanacağı xəbərləri dolaşır. Çünki nə vaxt dərsə gediriksə, “Təfəkkür” Universitetinin məzunu olmuş və hazırda müxtəlif qurumlarda çalışan şəxslərin saxta diplomlar səbəbindən işdən çıxarıldığı haqda məlumat alırıq. Hər gün universitetdə yoxlama komissiyaları gözə dəyir. Lakin, bütün bunlara baxmayaraq, universitet rəhbərliyi tələbələrdən qanunsuz pul yığımına son qoymur”.

Tələbələr qeyd edir ki, yaranmış durum onları və valideynlərini ciddi şəkildə narahat edir və müvafiq qurumların universitetdəki mövcud vəziyyətə müdaxilə etməsi zəruridir.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024