Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-04-2014, 10:09)
“Qaçqınkom” kəfən pullarımıza da göz dikib...

BDU-nun sökülən yataqxanalarında onlarla köçkün ev gözləyir 

Bir il əvvəl ölkədə məcburi köçkünlərin yeni və böyük köçü başlasa da, bu köçdən əksəriyyət narazı qaldı. Köçkünlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə başlanan davası aylarla davam etdi və nəticə yenə də “Qaçqınkom”un xeyrinə oldu.

Hətta ev alan köçkünlərin bir qismi deyir ki, dövlətin tikdiyi və onlara pulsuz verilməli olan evə görə sözügedən quruma pul ödəyib - aşağı məbləğ də 2500-3000 manatdır.
Pul ödəyib ev alanlar susmağa üstünlük verir, ancaq pul verib aldadılanlar da var. Eyni zamanda pul verə bilmədiyi üçün yataqxana küncündə yaşamını davam etdirənlər kifayət qədərdir.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Yasamal rayonu ərazisində yerləşən yataqxanalarından yüzlərlə ailə Müşfiqabad qəsəbəsində yeni tikilən binalara köçürülmə üçün rüşvət verdiklərini iddia edirlər. Füzuli rayonunun Horadiz qəsəbəsindən olan məcburi köçkün İbrahim Quliyevin sözlərinə görə, rüşvət vermədiyi üçün ev ala bilməyən ailələrin siyahısındadır: “İyirmi bir il əvvəl qaçqın düşmüşük. Bu qədər illərdir ermənilərin törətdikləri əməllərin zülmünü çəkirik, bir ildir də "Qaçqınkom" rəhbərinin başına yığdığı qohum-əqrəbasının, komandasının zülmünə qalmışıq. Dövlət vəsaiti hesabına qaçqınlar üçün tikilən evləri bizə pulla verirlər. Müşfiq qəsəbəsində 1440 ailəlik evlər tikilib. BDU-nun yataqxanasından ora 700-dən yuxarı ailə köçürüldü. Onların böyük əksəriyyətini zülmlə köçürdülər, ən azı üç min manat pul aldılar. Mənim kimilər də qalıb burada. Evlərin bölgüsünü aparan Elman müəllim deyir ki, sən bizim adımızı mətbuatda hallandırdığın üçün ev almayacaqsan. Sonunda bizə - üç ailəyə, iki oğlumun ailəsinə və həyat yoldaşımla mənə dördotaqlı bir mənzil təklif ediblər. Ancaq əksəriyyətdən pul alıb ailə tərkibinə uyğun mənzillə təmin ediblər. Mənə mənzil vermirlər".
Qeyd edək ki, BDU-nun yataqxanalarında hazırda iyirmiyə yaxın ailə qalır. Əksər yataqxanalar sökülsə də, sakinlər orada ağır şəraitdə yaşamaqdadırlar. Üç saylı yataqxanada cəmi bir ailə var - Kəlbəcərdən olan şəhid ailəsi. Sakinlərdən Eldəniz bildirir ki, onlar bir kiçik otaqda dörd nəfər yaşayırlar. O, nə səbəbdən sökülən yataqxanadan köçürülmədiklərinə aydınlıq gətirmir, danışmaq istəmir. Bildirir ki, bu barədə yazmaq da lazım deyil: “Onsuz da yazılana baxan yoxdur”.
Ailə odun peçi yandırır. Eldənizin anası qışı soyuq və tavanı daman otaqda keçirdiyindən hazırda ciddi xəstədir və qohum evində qalıb müalicə alır. Onlar nəmiş və divar kağızı qopmuş divarları olan kiçik otaqda yaşayırlar, otağın ortasında köhnə odun peçi var. Divarda isə indiki və keçmiş dövlət başçılarının şəkilləri asılıb. Eldəniz deyir ki, bu şəklə görə onları buradan qovub çıxarmayıblar. Bəs niyə ev vermirlər? Səbəbini demir: “Özünüz bilmirsiniz?” O, bina uçmadan onlara ev veriləcəyinə hələ də ümidlidir.
Səkkiz saylı yataqxanada yaşayan köçkünlər isə deyirlər ki, onların “Qaçqınkom”a rüşvət vermək imkanları olmadığından, hələ də bu uçuq yataqxanada qalıblar: “Yataqxana qeydiyyatında olmayan adamlara isə on min manatdan pul alaraq ev veriblər”. İ.Quliyev də deyir ki, o, dəfələrlə “Qaçqınkom”a yazıb ki, bu barədə açıqladığı faktları hüquq-mühafizə orqanları araşdırsın: “Komissiya yaradılıb bunu araşdırsın. Ancaq məhəl qoyan olmayıb”.
Yataqxanadakı köçkünlər “Qaçqınkom” sədri Əli Həsənovun bu günlərdə televiziya ilə etdiyi çıxışa da əsəbiləşiblər: “Əli Həsənov haqsız, ədalətsiz, heç bir əsası olmayan gülünc söz danışır. Hamı gülür, hamı lağ edir. Deyir, Gəncədə kimsə evləri satıb aradan çıxıb. Axı sən olmasan, kim bunu edə bilər? Özü satır, ancaq  nağıl danışır. Guya evləri satanlar onu tək qoyurlar cibinə? Əlbəttə ki, yuxarılara da çatır. Əli Həsənov isə çəkinmədən bir milyon qaçqının qabağında yalan danışır”.
Şikayətçilər bildirirlər ki, köçkün vətəndaşlar hətta kəfən pullarını da Əli Həsənova veriblər ki, ev ala bilsinlər: “Onlar kəfən pullarımıza da göz dikib. Əli Həsənovun komandası toxunulmazdır, Gəray, İsfəndiyar, Elman, Nigar və Şahmirzədən ibarət bu komanda ciddi şəkildə işləyir də qaçqınların boğazını üzüb dövlətin tikdiyi evlərdən milyonlar qazanır. Bir ildir "Qaçqınkom"un ədalətsiz mövqeyi üzündən əziyyət çəkirik".

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024