Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (5-04-2014, 23:03)
Gülənin Bakıdakı əsas adamından Ərdoğana etiraz

Gülənin Bakıdakı əsas adamından Ərdoğana etiraz

 

“Türkiyədən kiminsə Azərbaycanın daxili işlərinə qarışması düzgün deyil. Türkiyədəki proseslərin içində Azərbaycanın adı heç bir vaxt çəkilməməlidir”. 

 

“Mediatv.az” xəbər verir ki, bu sözləri Aktual.az-a Çağ Öyrətim İşlətmələrinin rəhbəri Ənvər Özərən türk müxbirinin baş nazir Rəcəb Tayyıb Ərdoğandan nurçuların Azərbaycandakı təhsil ocaqlarının baglanması məsələsini qaldırıb-qaldırmaması barədə sualına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Ənvər Özərən Fətullah Gülənin onun ölkəmizdə rəhbərlik etdiyi təhsil şəbəkəsinə hər hansı bağlılığı haqda suala cavab olaraq deyib ki, Türkiyədən başlayan və dünyanın 160 ölkəsində açılmış məktəblərin fikir, ideya rəhbərliyini Fətullah Gülən həyata keçirir:

“İdeya rəhbərimiz Fətullah Gülən ötən əsrin 90-cı illərindən indiyə qədər qanlı 20 yanvar faciəsi zamanı, Dağlıq Qarabağ məsələsi və erməni terrorunun Azərbaycan xalqının başına gətirdiyi bəlalar haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmış və hər zaman Azərbaycan xalqının yanında olmuşdur. Onu da deyim ki, hər ölkədə açılan təhsil mərkəzləri, həmin ölkənin təhsil qanunlarına tabe olur və biznes şəbəkəsi kimi, o ölkələrdə fəaliyyət göstərir. Məhz bu şəkildə Fətullah Gülənin ideyası istiqamətində dünyadakı türk məktəbləri fəaliyətini həyata keçirir”. 

Türkiyəli iş adamı bəzi Azərbaycan məmurlarının “Gülən camaatı” ilə adının hallanması sualına da aydınlıq gətirib:

“Bu mövzunun bizə aidiyyatı yoxdur. Odur ki, sözügedən məsələ ilə əlaqədar mənə sualın verilməsi düzgün deyil. Çünki Azərbaycan ictimaiyyətində biz hamı ilə ünsiyyət qururuq. Məsələn, bəzi məmur valideynlər övldalarının təhsilinin keyfiyyətinin öyrənilməsi məqsədi ilə hətta bizim tədbirlərimizə gəlir. Onları başqa istiqamətə yozmaq doğru olmazdı”. 

Ənvər Özərən xatırladıb ki, səslənən fikirlərə baxmayaraq, bundan sonra da ölkəmizdə fəaliyyətlərini davam etdirəcəklər:

“Biz burada Azərbaycan qanunlarına tabe olaraq, iş görmüşük və işimizi də davam etdirməkdəyik. Azərbaycan müstəqil dövlətdir və onun da prezidenti hörmətli İlham Əliyevdir”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024