Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-11-2015, 20:09)
Azərbaycanda uşağa cizgi filmindən ad qoymaq istədilər

1

 

Azərbaycanda qız uşağına məşhur cizgi film qəhrəmanının adının verilməsinin qarşısı alınıb.
Mediatv.az xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya deyib ki, məşhur “Simba II” (Kral şir II) cizgi filmində “Kiara” adlı şir balasının qız uşağına qoyulması Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən qadağan olunub.
Sədr müavinin sözlərinə görə, vətəndaş buna görə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətini məhkəməyə verib.
S. Sadıqova qeyd edib ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova tərəfindən Terminologiya Komissiyasına müraciət olunub: “Biz artıq onun müraciətini cavablandırmışıq. Müzakirələr zamanı müəyyən olunub ki, “Kiara” adı irland mənşəli addır, ingilis şəxs adlar sistemində öz əksini tapıb. Eyni zamanda, “Kiara” “Simba II” adlı cizgi filmində şir balasının adıdır.
Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “Kiara” adı isə mənşəcə Azərbaycan dilində aid olmadığına görə, eyni zamanda şəxs adlar sistemində öz əksini tapmadığına görə bizim tərəfimizdən də qəti qadağan edilib”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024