Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-05-2015, 09:35)
Milli Şuranın mitinq müəmması


BŞİH-in aksiyanın gününü dəyişməsi narazılıq yaratdı

 

 
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 17 may tarixinə təyin etdiyi “Talana son!” mitinqi ilə bağlı müraciətə cavab verib. 
BŞİH növbəti dəfə təxribat törədərək mitinqin təyin olunan tarixdə keçirilməsinə razılıq verməyib. BŞİH-in cavab məktubunda mitinqin mayın 16-da keçirilməsinə razılıq verildiyi qeyd edilib. 
BŞİH-in cavabı Milli Şurada etirazla qarşılanıb. Milli Şuranın mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, əslində BŞİH 17 may mitinqi üçün müraciətə mənfi cavab verib: “Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin vaxtını dəyişməyə hüququ yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin, sadəcə olaraq, mitinqə razılıq verib-verməmək haqqı var.
Qurum bizim təyin etdiyimiz vaxta razılıq verməyib. Əksinə, ”Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna zidd olaraq mitinqin mayın 16-da keçiriləcəyi təqdirdə icazə verəcəkləri ilə bağlı məlumat yayıblar. Bakı Şəhər İcra Hakimiyyəti bu cür dolayı yolla icazə verməkdən imtina edib. Faktiki olaraq mayın 17-də mitinq keçirməklə bağlı müraciətimizə razılıq verilməyib. Biz mayın 17-də mitinq keçirmək üçün hazırlaşmışdıq. Çox güman ki, mayın 16-da mitinq keçirilməyəcək".
Xatırladaq ki, Milli Şura mayın 3-də də eyni ünvanda mitinq keçirmək üçün BŞİH-ə öncədən məktub ünvanlamışdı. İndi yaranmış vəziyyət o zaman da ortaya çıxmışdı. Belə ki, BŞİH  mayın 3-də yox, 2-də mitinq keçirilməsinə razılıq verildiyini cavab məktubunda qeyd eləmişdi. Milli Şura isə bu cavabı qanunsuz sayaraq qəbul etməkdən imtina eləmişdi. (musavat.com)
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024