Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (11-03-2014, 11:42)
Binəqədinin icra başçısı ağacları kəsib özünə obyekt tikdirir

Xaləddin İsgəndərov: «Məni bura prezident təyin edib. Ürəyim var mənim. Mən burada işləyəcəm. Necə də istəyirəm elə işləcəyəm»

 

 
Binəqədinin şefinə kimsə bata bilmir? - Adam nübarlıq da ağac saxlamır...
Binəqədi rayonun icra başçısı Xaləddin İsgəndərov Biləcəri qəsəbəsində bir parkı söküb. Hələlik adlarının çəkilməsini istəməyərək müraciət edən şikayətçi Biləcəri sakinləri deyirlər ki, icra başçısı abadlıq adı altında parkı söküb. Park abadlıq adı ilə hasarlandıqdan sonra iki yerə bölünüb. Və bölünmüş ərazinin biri icra başçısı Xaləddin İsgəndərov üçün villa inşa edilməyə başlayıb. Sakinlər iddia edirlər ki, əslində parkda restoran da inşa olunur. İcra başçısına yaxın adamlardan birinə məxsus olan obyektlə bağlı maraqlı məqamlar da var.
Sakinlər deyirlər ki, bir müddət əvvəl icra başçısı ərazidə abadlıq adı altında hasarlama aparandan sonra məlum olub ki, əslində parkda obyekt inşa olunur. Və inşa edilən obyektlə bağlı sakinlər narazılıq eldiblər. Sakinlərin Fövqəladə Hallar Nazirliyinə müraciətindən sonra tikinti işləri dayandırılıb. Lakin narazı şikayətçilər deyirlər ki, icra başçısı ilə görüşmələrinə baxmayaraq Xəladdin İsgəndərov onlara konkret heç nə deməyib.
Sakinlər deyir ki, icra başçısı onlarla görüşdə «Məni bura prezident təyin edib. Ürəyim var mənim. Mən burada işləyəcəm. Necə də istəyirəm elə işləcəyəm» deyə cavab verib. Məlumata əsasən sakinlərlə görüş zamanı qəti şəkildə təlimatlar verilir ki, icra başçısına və müavinlərinə «cənab başçı», «cənab müavin» deyə xitab edilməlidir. Məhz bu şəkildə müraciət etməyən istənilən şəxs aşağılanır. İcra başçısı həmçinin də sabiq sələfi Alı Qocayevi də ağır şəkildə tənqid edir. Şikayətçilər deyir ki, Xaləddin İsgəndərov rayondakı problemlərlə bağlı olaraq Alı Qocayevi ağır ittihamlarla günahlandırır və aşağılayır. Qeyd edək ki, Binəqədi rayonun sabiq icra başçısı Alı Qocayev Milli Məclisin spikeri Oqtay Əsədovun qudasıdır. «Cənab prezident Alı Qocayevi mədəni sürgüna yolladı» deyən icar başçısı hazırda Samuxda başçı olan sələfini aşağılayır. Maraqlı məqam ondadır ki, Xaləddin İsgəndərov özü vergilər naziri ilə yeznə-qayın olaraq qoyumdur. Oqtay Əsədovun qudasına qarşı belə ağır danışan Fazil Məmməovun qohumu elə Biləcəridəki parkla bağlı da mövqeyini sərt şəkildə bildirir. Müraciət edən sakinlər hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkür məktubu yazdıqlarını və yaxın zamanlarda onu mətbuata təqdim edcəklərini bildirdilər. Şikayətçilər deyir ki, parkda inşa edilən obyektlər sökülməlidir. «Orada bizim ailələrimiz istirahət edirlər. Restoranın qabağında biz ailə uşaqla necə istirahət edəcəyik. Parkın da ərazisi o qədər də böyük deyil. Həm də dövlət qurumları Torpaq Komitəsi də təsdiqləyə bilər ki, bu parkda iaşə obyekti olmayıb, sadəcə olaraq istirahət üçün nəzərdə tutulmuş ərazidir. İndi icra başçısı abadlıq adı ilə orada özünə obyekt tikir» deyə sakinlər bildirdilər.
Qeydh edək ki, yazxın günlərdə FHN-nin inşasını dayandırdığı və parkın yarısını zəbt edən obyektin sahibinin də mövqeyini öyrənməyə çalışacağıq. Və yazılanlarla bağlı Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024