Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (10-03-2014, 13:14)
Azərbaycanda dini məzhəbləri yaymaq terror sayılacaq

Terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib

 

Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. "Mediatv.az"  xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub.
Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək.
Qeyd edək ki, bu günlərdə Cinayət Məcəlləsində terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib.
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna edilən əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024