Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-02-2015, 13:20)
“Bakı Taksi” MMC *9000 taksi sifarişi xidmətini yenilədi

“Bakı Taksi” MMC *9000 taksi sifarişi xidmətini yenilədi

Müştəri ilə sürücünün ünsiyyəti minimuma endirildi.

Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi  istifadəyə verilib.

Belə ki, “Bakı Taksi” MMC-yə aid bütün avtomobillər  artıq avtomobillərin yerinin təyin olunması üçün GPS qurğularla təmin edilib və onun köməkliyi ilə sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.

Sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı  tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında  tam dolğun informasiya çatdırılır. Bütün bunlar yeni tətbiq olunmuş proqram təminatının köməkliyi ilə həyata keçirilir.

Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib.

Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında istədikləri telefondan *9000 yığaraq taksi sifariş edə bilərlər. Statasionar nömrələrdən zənglər tamamilə ödənişsizdir. Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir.

Bakı Taksi MMC taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 27 aprel 2010-cu ildə təsis edilib və artıq şəhərin simvoluna çevrilmiş bənövşəyi rəngli 1000 dünyaca məşhur London Taxi TX4 avtomobillərini idxal edilib. Bu avtomobillər 13 iyun 2011-ci ildən Bakıda taksi kimi fəaliyyətə başlamışdır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024