Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-01-2015, 14:55)
Surət Hüseynovun müşavirinin oğlu Çexiyada iki azərbaycanlını tutdurdu

Surət Hüseynovun keçmiş müşaviri Çexiyada azərbaycanlı gəncləri şərləyərək içəri saldırıb.

 

 
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun müşaviri və yaxın dostunun oğlu olan şəxs Çexiyada təhsil almaq istəyən gənclərin arzusunu gözündə qoyub. 
Bu da azmış kimi hətta onları həbsə də saldırıb.
Milli.az-ın əldə etdiyi məlumata görə, ötən ilin noyabr ayının 25-də Çexiyada fəaliyyət göstərən “Azər-Çex” adlı diaspor təşkilatının sədri Nəzərov Elşən Saday oğlunun şikayəti əsasında Azərbaycan vətəndaşları – Azər Məmmədov (Praqa Ali İqtisadiyyat Məktəbinin III kurs tələbəsidir) və onun ögey qardaşı Yusif Tamazanov barəsində Çexiya hüquq-mühafizə orqanları tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki, Elşən Nəzərov 2012-ci ildə Yusif Tamazanovu Praqa Konservatoriyasına qəbul etdirmək üçün ondan 5000 ABŞ dolları məbləğində pul vəsaiti alıb, sonradan Yusif Tamazanov tələbə vizası ala bilmədiyi üçün Elşən Nəzərov həmin məbləğin 4000 dollarını geri qaytarıb.
Noyabrın 25-də Azər Məmmədov və Yusif Tamazanov Elşən Nəzərova məxsus tərcümə mərkəzinə gedərək 1000 dolların geri qaytarılmasını tələb ediblər. Bu zaman Elşən Nəzərov polisə zəng edərək həmin şəxsləri oğru kimi qələmə verib və hədələndiyini bildirib. Bundan sonra polis əməkdaşları Azər Məmmədov və Yusif Tamazanovu saxlayıblar. Sonradan onları Çexiya Respublikasının ərazisini tərk etməmək şərtilə azadlığa buraxıblar.
Nəzərov Elşən Saday oğlu Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun müşaviri və yaxın dostu olub. Azərbaycan iqtidarına qarşı müxalif mövqedə dayanan Elşən Nəzərov ailəsi ilə birgə 1994-cü ildə ölkəni tərk edib. 1997-ci ildə Çexiyada siyasi mühacir statusu alıb. 2005-ci ildə Azərbaycana qayıdan zaman dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, lakin Çexiyanın yüksək vəzifəli məmurlarının səyi nəticəsində azadlığa buraxılıb
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024