Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (11-11-2014, 18:47)
“Çin dili dərs vəsaiti” Azərbaycan dilində nəşr olundu

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq nəşr olunan “Çin dili dərs vəsaiti”nin təqdimatı keçirilib

 

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak ediblər.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tələbələrin Çin dilinə olan maraqlarının gündən-günə artdığını deyib. O, Çin dilini öyrənən ADU tələbələrinin bu dili mənimsəyərək Azərbaycan ideyalarını, mədəniyyətini ÇXR-də uğurla təbliğ edəcəklərindən əminliyini ifadə edib.  
Rektor Səməd Seyidov Çin dili və mədəniyyətinin ADU tələbələri arasında yüksək səviyyədə təbliği və tədrisi istiqamətində universitetin gələcək planlarından da söz açıb.
O bildirdi ki, mərkəzin fəaliyyəti ilə yekunlaşmayan Azərbaycan Dillər Universitetində gələcəkdə Konfutsi İnstitutunun açılması, Çin dili və mədəniyyəti mərkəzinin genişləndirilməsi, ÇXR-in ali təhsil ocaqları ilə əlaqələrin inkişafı nəticəsində tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Rektor Səməd Seyidov bildirib ki, Azərbaycanda ilk dəfə “Çin dili dərs vəsaiti”nin tərtib edilməsi yüksək ixtisaslı çinşünas kadrların, Çin dili tərcüməçilərinin yetişdirilməsinə öz töhfəsini verəcək, həmçinin Azərbaycan və Çin xalqları arasında əlaqələrin inkişafına ciddi dəstək göstərəcək.
ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin dərs vəsaitinin Azərbaycan dilində nəşr olunmasının yalnız ADU üçün deyil, eyni zamanda iki ölkə arasındakı əlaqələrə töhfə olduğunu bildirib.
Tədbirin sonunda Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri Çin dilində məşhur ənənəvi Çin mahnısı olan “Molixua” - “Jasmin”i ifa ediblər.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi və Çin dili və mədəniyyəti mərkəzinin bilavasitə təşəbbüsü ilə hazırlanan “Çin dili dərs vəsaiti” Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin ilkin hazırlığı üçün nəzərdə tutulub. 20 dərsdən ibarət olan bu dərs vəsaitində tələbələr üçün Çin dilinin qrammatika və fonetikasının, xüsusilə də ritm və düzgün tələffüzün əsaslarının ardıcıllığı gözlənilməklə izah olunur. Dərs vəsaitində əsas diqqət heroqliflərin qaydasınca yazılışına yönləndirilir. Kitab, həmçinin müasir Çin leksikonuna əsaslanan ünsiyyət üçün vacib olan müxtəlif məzmunlu dialoqlardan ibarətdir. 
Kitabın müəllifləri ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Xarici dillər kafedrasının Çin dili müəllimi, ÇXR-in Hanban Baş Təhsil İdarəsinin könüllü müəllimi Aygül İmamuaci və həmin kafedranın Çin dili müəllimi Könül Abbasovadır. Kitaba ön sözü Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yazıb.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024