Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (9-11-2014, 12:44)
erize

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarına

 

Surəti: Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya

 

Surəti: Ekologiya və Təbii Sərvətlər Naziri

Cənab Hüseynqulu Bağırova

 

Surəti: Maliyyə Naziri Cənab Samir Şərifova

 

Surəti: Kütləvi İnformasiya vasitələrinə

 

Lerik rayon Vov kənd sakini Babayev Əbülfət Əlihüseyn oğlu tərəfindən

 

M Ü R A C İ Ə T

Cənab Prezident!

Yazıb Sizin nəzərinizə çatdırıram ki, 77 yaşım, 7 oğlum və 3 qızım var. Biz ailəliklə Sizin apardığınız uğurlu daxili və xarici siyasəti dəstəkləyir və bütün seçkilərdə Sizə və YAP-ın namizədinə səs vermişik. Sizin, respublikamızın hər bir güşəsində apardığınız quruculuq və abadlıq işləri, vətənini sevən hər bir vətəndaşın ürəyincədir. Bu gün Sizə müraciət etməyimizin səbəbi Lerik rayon Meşə bərpası və Mühafizəsi idarəsində baş verən özbaşınalıqlar, Rəzdəban meşəsinin 19, 20, 21-ci dolaylarında ağacların idarə rəhbərliyi və sahə rəisi tərəfindən qırılaraq öz varidatını artırmaq üçün satılması, yeni meşə zolaqlarının salınması üçün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitin heç bir iş görülmədən korrupsiya yolu ilə mənimsənilməsidir. Ümummilli Liderimiz Heydər Əliyev deyərdi: “Kəsilən hər bir ağac mənim bir qolumdur”. Sizin meşələrin mühafizəsinə və qanunsuz ağac kəsənlərin cəzalandırılmasını dəfələrlə vurğuladığınız halda Lerik rayon Rəzdəban meşələri sahə rəisi Tərlan Qəribov tərəfindən qırılaraq talan edilib. Son iki ildə mindən yuxarı ağac Tərlan Qəribov tərəfindən qırılaraq satılıb.(video çəkilişi Sizə təqdim edirik)

 

Hörmətli Cənab Prezident!

Tərlan Qəribov öz cinayət əməllərini ört-basdır etmək üçün müəyyən adamlarla birləşək mənim üç oğlumu şantaj edir ki, guya bu işlərdə mənim oğullarımın əli var. Xahiş edirəm, nümayəndə yollayın ki, mənim oğullarımın və Tərlanın yaşayış səviyyəsinə baxsın.

Rəzdəban Meşələrinin nadir və Qızıl kitaba düşmüş ağacları Tərlan Qəribov tərəfindən kəsilərək xüsusi sexlərdə işlədilir. Ekologiya Nazirliyinə dəfələrlə müraciət etmişəm, gələn nümayəndəyə göstərməyimə baxmayaraq kəsilən ağacların böyük bir qisminin qeydiyyatını aparmamışlar. Bizim aidiyyəti təşkilatla müraciətimizdən sonra Tərlan Qəribov köhnə tarixlə oğlanlarının adına guya bir neçə ağacı kəsib deyə akt tərtib edib. Hər gün oğlanlarımı tutdurmaqla təhdid edir.

X A H İ Ş E D İ R Ə M:

1. Bu işlərin obyektiv araşdırılmasına;

2. Gələn nümayəndə heyəti ilə bizi iştirakımızla kəsilən ağacların göstərilməsinə və qanunsuz kəsilən hər bir ağacın qeydiyyata alınmasına;

3. Yeni Meşə zolaqlarının salınması üçün Maliyyə Nazirliyi tərəfindən son 5 ildə ayrılmış vəsaitin heç bir iş görülmədən və heç bir dənə də ağac əkilmədən mənimsənilməsinin araşdırılmasına göstəriş verəsiniz.

 

 

 

İmza: _______________ Əbülfəz Babayev

 

Əlaqə tel.: (050) 403 45 00

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024