Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (1-11-2014, 17:26)
“Direktor aktyorların qastrol pulunu mənimsəyir”- Açıqlama

“Vətənpərvərlik və milli ruhda nə qədər tamaşa var idisə, hamısı repertuardan çıxarıldı və avropasayağı klassiklərin əsərləri qoyulmağa başlanıldı. Bəs onda Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Mirzə Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovun əsərləri harda qaldı? Akademik Teatrda nə qədər xarici əsərlər oynamaq olar?”. 

 

“Mediatv.az” xəbər verir ki, bu sözləri aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, teatrın direktoru İsrafil İsrafilov istedadlı aktyorlara çalışmaq üçün şərait yaratmır: “O, ümumiyyətlə aktyorların qədrini bilmir, harda balaca aktyor, rejissor varsa Akademik teatrın səhnəsinə gətirir. Bu addımı ilə YUĞ teatrını da korlayır. YUĞ teatrı özünə görə forması olan bir teatrdır. Onun öz masştabı və oyun tərzi var. Zordan onları bu teatra gətirib rol vermək düzgün deyil. Onların bəziləri həm burda, həm də orda işləyir. Ştatda olan işçiləri niyə bir-bir çıxardırlar? Bir teatrı yetişdirmək üçün ən azı 10 il lazımdır”, - deyə əməkdar artist vurğulayıb. 

Akademik Milli Dram Teatrının aktyoru teatrda baş verən daha bir məqama da toxunaraq qeyd edib ki, qastrollara çıxanda, rayonlara gedəndə rəhbərlik onların gündəlik pulunu mənimsəyir: 

“45 manat əvəzinə qol çəkdirib 9 manat verirlər. Belə şey olmaz. Aktyorun haqqını necə yemək olar? Biz isə qastrollardan xeyli pul gətiririk. Bu haqda bir dəfə də olsun, hesabat verilmir. Son bir ildə İsrafil İsrafilov kollektiv qarşısına çıxmayıb, iclas keçirməyib, narazılıqların heç birini müzakirə etməyib. Mən özümə qiymət verməyi bacaran adamam. Oturduğum yerdə Əməkdar artist adını verməyiblər ki? Mən bu saat Xalq artisti adını almalıyam. 200-dən artıq rolun ifaçısıyam. Mənə bundan sonra nə lazımdır? Məni yandıran sadəcə teatrın taleyidir. Onun oturduğu yerdə Ədil İsgəndərov, Əli İsmayılov, Həsən Turabov oturub. Bura teatrdır, canlı insanlardır. Hər aktyordan bir nəfərdir, onlar bir də dünyaya gəlməyəcək. Niyə Hacı İsmayılov, Rəfael Dadaşov, Firuz Xudaverdiyev öz mövqeyindən qorxsunlar ki, birdən bizi işdən çıxararlar? Axı onlar bacarıqlı, istedadlı aktyorlardır. Firuz Xudaverdiyevin 75 yaşı var, səhnədə uşaq kimi gəzir. Eləcə də Hacı İsmayılov, Rafiq Əzimov... Teatr yenicə təmirdən çıxanda isə İsrafil İsrafilov kollektivin qarşısında çıxış edərək “Hər birinizə 2 min manat maaş verəcəyəm” sözünü vermişdi, hanı o söz”, - deyə Telman Əliyev əlavə edib.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun isə aktyorun fikirlərinə münasibəti çox soyuqqanlı olub: “Müasir zamanda yaşayırıq və hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. İkincisi, Telman Əliyev Teatrın ştatlı əməkdaşı deyil, o, müqavilə əsasında çalışır. Teatrda baş verən hadisələri, tamaşaya qoyulan əsərlərin keyfiyyətini yoxlamaq üçün Teatra gəlib aktyor kollektivi ilə söhbət etsəniz, hər şeyi öz gözlərinizlə görə bilərsiniz”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024