Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (12-09-2014, 13:33)
Nazirlik: Bütün şagirdlərə pulsuz planşet paylanacaq


“Azərbaycanda dərsliklərin elektron formada hazırlanması və planşetlərə yüklənməsi istiqamətində ilk addımlar atılıb”

 

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev APA-ya açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, qarşıda yaxın gələcəkdə elektron dərsliklərə keçid məsələsi durur. Bununla bağlı ilk addımların atıldığını deyən Ə.Quliyev qeyd edib ki, nazirlik yeni hazırlanan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formaları nəşriyyatlardan alınıb: “Bu da gələcəkdə dərsliklərin elektron formasının hazırlanmasında bizim üçün əlavə resurs olacaq. Qarşıdakı illərdə bütün ümumi məktəb şagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək”. Nazirlik rəsmisinin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur: “Lakin son illərdə bir çox ölkələrdə həyəcan siqnalı çalınır ki, elektron dərslilərdənsə ənənəvi dərsliklər yaxşıdır. Bu gün dünyada qloballaşma prosesi gedir. Belə bir zamanda müəyyən qrup insanlar elektron dərslikləri istəyir, digər qrup isə elektron dərslikləri dəstəkləyir”.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024