Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (11-09-2014, 19:04)
Bjezinski Qarabağ münaqişəsinin həlli yollarını açıqladı

Bjezinski Qarabağ münaqişəsinin həlli yollarını açıqladı

Praqmatik amerikalı politoloq kimi tanınan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair maraqlı fikirlər söyləyib

 

Məlumata görə, məşhur politoloq Z.Bjezinski bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son qərarı yalnız tərəf olan iki ölkə - Azərbaycan və Ermənistan verməlidir:
 
"Tərəflərdən hər hansı biri  münaqişənin tezliklə həllini istəyirsə, o zaman özü müstəqil qərar qəbul etməli və heç kəsin müdaxiləsinə imkan verməməlidir".
 
Z.Bjezinski ABŞ hakimiyyətinin də əsas mövqeyinin bundan ibarət olduğunu bəyan edib.
 
Onun sözlərinə görə, Cənubi Qafqazda, o cümlədən Ermənistanda Rusiya hərbi varlığının davam etməsi münaqişənin mümkün həllinə ciddi əngəl törədir:
 
"Ermənistan və Azərbaycan münaqişəni özləri həll etmək istəyir. İnanmıram ki, tərəflərdən hər hansı biri problemin müharibə yolu ilə həllini istəsin. Onsuz da istənilən halda münaqişə siyasi həll yolunu tapacaq. Müharibə olarsa, bu heç bir tərəf üçün faydalı olmayacaq.
 
Odur ki, münaqişənin ən yaxşı həlli yolu tərəflərin öz aralarında danışıqlar yolu ilə dil tapmasıdır".
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024