Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (4-08-2014, 12:10)
Milli parkda yanğın

İlkin ehtimala görə, İsmayıllıda yanğın ildırım nəticəsində baş verib

 

  Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında yanğın hadisəsi baş verib.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla verdiyi məlumata görə, ilkin ehtimalla ildırım nəticəsində baş verən yanğın ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində, saat 19 radələrində söndürülüb. 
Yanğın nəticəsində Qoruğun 0,07 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.
Eyni zamanda, 3 avqust 2014-cü il tarixində saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.
Qeyd edək ki, bir necə gün öncə Lerik və Lənkəranda da meşə massivində yanğınlar baş vermişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024