Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (26-10-2017, 19:21)
“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir” Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib

26 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində olublar. Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək ölkəmizin iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olmasını və ölkəmizdə hal hazırda həyata keçirilən tikinti-quruculuq işləri barədə onlara məlumat verib. N.Əliyeva beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, beynəlxalq insititut və təşkilatların reytinq cədvəllərində yuxarı pillələrdə dayandığını vurğulayıb. Rektor daha sonra qonaqlara  universitetin tarixi, bugünkü vəziyyəti, gələcək planları barədə məlumat verib. O, təhsil sahəsində Ümummili Lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyibni bildirib. N.Əliyeva BSU-nun Azərbaycanın xarici siyasətində önəmli rol oynadığını diqqətə çatdıraraq bir vətəndaş, bir müəllim kimi bununla qürur duyduğunu bildirib. O, Bakı Slavyan Universitetinin postsovet məkanı ilə yanaşı, Şərqi Avropanın əksər ölkələri ilə çox sıx əlaqələrə malik olduğunu, universitetin hər il dünyanın müxtəlif ali təhsil ocqaqları ilə tələbə-müəllim mübadiləsini gerçəkləşdiyini vurğulayıb. N.Əliyeva tanınmış diplomat və beynəlxalq səviyyəli jurnalistlərin BSU-ya gəlişini də universitetin  artan nüfuzuna bir nümunə kimi göstərib.

Sonra söz alan amerikalı qonaq Peter Tasse Azərbaycanın yüksəlişinin sadəcə bir söz olmadığını bunu son bir neçə ilə ərzində öz gözləri ilə gördüyünü deyib. “Mən neçə ildir Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə dəyişir, Bakını bu gün dünyanın ən müasir meqopolisləri ilə müqayisə etmək olar”.

Tanınmış jurnalist ölkədə  işsizliyin 65 faizdən 25 faizə düşdüyünə diqqəti yönəldərək bunu ölkə prezidentinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu, dövlətə inamı ilə əlaqələndirib.  Dağlıq Qarabağ münaqişəsinə toxunan Amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanin işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib. Peter Tasse bu günə qədər öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib.

Sonra söz misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşada verilib. O,  uzun müddət Misirdəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini qeyd edib. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq onu Azərbaycana nökərçilikdə  ittiham etdiyini diqqətə çatdırıb. “Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın, ədalətin yanında olduğumu bildirdim”, - deyə misirli jurnalist vurğulayıb. Daha sonra Sameh Əbdülvəhab Məşad  ingilis və ərəb dilində qələmə aldığı  “Azərbaycan ensiklopediyası”, “Azərbaycan –Ermənistan konflikti” adlı kitablarını universitetə hədiyyə edib. Müəllif bu kitablarda erməni yalanlarını ifşa etdiyini, onların Azərbaycanı zorla ədalətsiz münaqişəyə sövq etdiklərini diqqətə çatdırıb. O, hər bir vicdanlı adamı Azərbaycanın mövqeyini müdafiə etməyə çağırıb.     

Sonra qonaqlar universitetin Beynəlxalq  münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış ediblər. Sameh Məşad rəhbərlik etdiyi   “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə gənclərə məlumat verib. O, şirkətin ingilis və ərəb dillərində jurnallarının nəşr edildiyini, elektron versiyalara malik olduğunu bildirib.

Yeri gəlmişkən, Sameh Məşad adıçəkilən şirkətin Bakı Slavyan Universiteti ilə müqavilə bağlamağa hazırlaşdığını və həmin müqavilədən sonra şirkətin materiallarını həm də  rusca yayımlayacağını bildirib. BSU “Orbit”in rus variantına məsul olacaq. Sameh Məşad üzünü gənclərə tutaraq onları “Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünyaya yaymağa çağırıb.  

 

Sonda onu da bildirək ki,  Peter Tasse və Sameh Məşad noyabr və dekabr aylarında Bakı Slavyan Universitetinin tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.

“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”                            Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib
“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”                            Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024