Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (12-02-2014, 17:19)
Nərimanov rayonunun illik yekun hesabatı açıqlandı

 

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclas keçirilib


PİA.AZ xəbər verir ki, tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rasim Musabəyov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, cari il yanvar ayının 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurmuş və 2014-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdırmış, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlərini verib.

A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2013-cü ildə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Vurğulanıb ki, 2013-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı təmin olunub. Bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 951,9 milyon manatlıq məhsul istehsal olunub, 2012-ci ilə nisbətən 100,6 faiz artım surəti əldə edilib. 2013-cü ildə istehlakçılara 1 milyard 965,3 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,4 faizi qədər sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,7 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2911 daimi iş yerləri açılıb.

Bildirilib ki, Nərimanov rayonunun qısa zaman ərzində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iclasda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. İndiyədək mərkəzlərə bir milyondan çox insan müraciət edib və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanıblar. “ASAN xidmət” konsepsiyası çox qısa müddətdə özünü doğruldub. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən ölkə vətəndaşlarının rəyləri də göstərir.

İ.Kərimov vurğulayıb ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. “ASAN xidmət” artıq Azərbaycan brendinə çevrilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev son on ildə ölkəmizdə əldə edilmiş uğurlardan danışıb. T.Tağıyev deyib ki, ötən on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olub. İqtisadiyyat 3,4 dəfə artıb. Sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Bu uğurların başlıca səbəbi ölkəmizdə aparılan islahatlar, hökm sürən sabitlik, ictimai asayişdir.

Milli Məclisin deputatı Rasim Musabəyov ümumiyyətlə respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərdən danışıb və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Hesabat məruzəsi ətrafında rayon icra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Babayev, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov, gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək müvafiq sahələrdə görülmüş işlər barədə hesabat veriblər.

İclasın sonunda rayonun ictimai – siyasi və mədəni həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılıblar.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024