Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (26-05-2014, 21:15)
Xəstəxanalarda cərrahiyyə qiymətləri

 

Pulsuz dərmanlar dövlət xəstəxanalarında ğdənişsiz cərrahiyyə əməliyyatları aparmağa imkan vermir?


Ötən həftə Sabirabad Perinatal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından birindən rüşvət istədiyi əks olunan video yayılıb. Videodan görünür ki, həkim qeysəriyyə əməliyyatının həyata keçirilməsi üçün pasiyentin yaxınlarına konkret məbləğ «oxuyur» və o, verilən məbləğlə razılaşmayıb, daha çox pul tələb edir. Hətta direktor tələb etdiyi məbləği əsaslandırmaq üçün həmsöhbətinə əməliyyat prosesinə çəkiləcək xərcləri də izah etməyə çalışır.
Cəmiyyətdə geniş rezonans doğuran və sonda həkimin işdən çıxarılması ilə nəticələnən bu hadisə Azərbaycan səhiyyəsində ilk hal deyil. Belə ki, dövlət səhiyyə müəssisələrində həkim-xəstə arasında pul «sövdələşməsini» əks etdirən faktlar yerli mətbuatda dəfələrlə işıqlandırılıb. Həmin faktlarda həkim və xəstə yaxınlarının xüsusilə cərrahiyyə əməliyyatlarının «qiymətində»razılığa gələ bilmədikləri öz əksini tapır.
Bəs, görəsən, Azərbaycanda həkimlə xəstə yaxınlarını üz-üzə qoyan cərrahiyə əməliyyatları pullu olmalıdır, yoxsa pulsuz? Səhiyyə sistemində bu məsələ necə tənzimlənir? Dövlət xəstəxanalarına müraciət edən xəstələrin bəzi hallarda cərrahiyə əməliyyatı üçün özəl klinikalara yönləndirilməsi nə dərəcədə qanunauyğundur? 
Məsələni «Həftə içi»nə şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanda dövlət xəstəxanalarında xidmət pulsuzdur. Onun sözlərinə görə, əslində səhiyyə sistemində rüşvətin olması barədə tez-tez faktlar ortaya qoyulur: “Açığı bu məsələdə həkimlərin günahlandırılması doğru deyil. Axı, həkimlərin aldığı əməkhhaqqı göz qabağındadır. Hazırda biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, belə bir şəraitdə maaşlar adekvat olmalıdır. Nə qədər ki, səhiyyə sistemində islahatlar aparılmayıb və həkimlərin əməkhaqqı artırılmayıb, inzibati metodlarla rüşvətin qarşısını almaq mümkün olmayacaq. Digər tərəfdən vəziyyətdən çıxış yolu kimi icbari tibb sığortanın tətbiq edilməsi əsas məsələdir. Çünki icbari tibbi sığorta sosial müdafiənin mühim elementidir. Məsələn, beynəlxalq təcrübə göstərir ki, sığortadan yığılan vəsait müvafiq tibbi sığorta fondlarına toplanır və vətəndaşların tibbi xidmətə ehtiyacı olduqca fondlardan tibbi profilaktika müəsisəsinin hesabına ödənilir. Yəni artıq burda sığorta vəsaiti hesabına həkimə, tibb işçilərinə artırmalar olur, xəstəxananın bazası təmin edilir. Təbii ki, maaşlar normal həddə gətirib çatdırılır».

Hansısa təlimat vəziyyəti dəyişə bilməz

Ekspert vurğulayıb ki, dünya ölkələrində məhz icbari tibbi sığortanın tətbiq olunması dövlət tibb müəssisələrinin həqiqətən də pulsuz xidmət göstərməsinə imkan yaradıb. Adil Qeybulla Azərbaycanda bu məsələnin formal xarakter daşıdığını deyir. Onun fikrincə, dövlət müəssisələrində pulsuz xidmət yalnız kağız üzərindədir: “Bir-bir həkimləri cəzalandırmaqla hansısa qayda-qanun yaratmaq mümkün olmayacaq. Bununla ancaq özümüzü aldadırıq.Tutaq ki, biz cərrahiyyə əməliyyatlarının pulsuz olduğunu deyirik. Amma cərrahiyyə əməliyyatı heç vaxt pulsuz ola bilməz. Bu ya icbari sığortanın, ya da vətəndaşın hesabına qarşılanmalıdır. Təbii ki, vətəndaşın bu xərcləri qarşılamağı absurd bir stuasiyadır. Amma indiki şəraitdə başqa çıxış yolu da yoxdur. Hesab edirəm ki, bu məsələlər sivil qaydada həllini tapmalıdır.Yəni, dünya hansı yolla gedirsə, biz də o yolla getməliyik».
Adil Qeybulla onu da qeyd edib ki, Səhiyyə Nazirliyinin hansısa təlimatları bu səhədəki nöqsanları aradan qaldırmaq iqtidarında deyil. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyində bildirirlər ki, tibb müəssisələrinə təxminən 166 adda dərman və tibbi ləvazimatlar pulsuz verilir. Bununla bağlı hər bir səhiyyə müəssisəsində siyahı olduğu deyilir. Axı, bu problemdən çıxış yolu deyil. Səhiyyə Nazirliyinə sual oluna bilər ki, əgər xəstəyə 167-ci adda dərman tələb olunarsa, o zaman hansı addım atılmalıdır? Əgər xəstənin daha bahalı dərmana ehtiyacı olarsa, necə hərəkət edilməlidir? Yəni, Səhiyyə Nazirliyi açıq şəkildə bildirməlidir ki, onlar yalnız müəyyən xərcləri qarşılamaq iqtidarındadırlar, bəzi xərcləri vətəndaşlar özləri qarşılamalıdır».
Dövlət xəstəxanalarına müraciət edən xəstələrin bəzi hallarda cərrahiyə əməliyyatı üçün özəl klinikalara yönləndirilməsinə də münasibət açıqlayan ekspert bildirib ki, əslində bütün dünyada özəl klinikaların təchizatı dövlət müəssisələri ilə müqayisədə qat-qat yüksəkdir: «Bəzi ölkələrdə ümumiyyətlə, dövlət tibb müəssisəsi yoxdur. Yəni, bütün tibb müəssisələri sığorta təbabəti əsasında fəaliyyət göstərən özəl xəstəxanalardır. Əslində təbabət elə bu cür olmalıdır. Azərbaycandakı duruma nəzər yetirsək görərik ki, hər nazirliyin bir xəstəxanası var və həmin müəssisələr bir növ avtonom qurumdur. Yəni, bu tibb ocaqlarına heç kim nəzarət edə bilmir. Axı, bu cür sistem ola bilməz. Dünya təcrübəsində ancaq ordunun ayrıca tibb müəssisəsi var, bu da müəyyən təhlükəsizlik məsələləri ilə bağlıdır. Düzdür, Azərbaycanda nazirliklərə məxsus klinikalar, eləcə də digər özəl müəssisələr yüksək servis xidməti göstərir. Amma bu tibb müəssisələrində xidmətlər xeyli baha olduğundan vətəndaşın cibinə uyğun deyil. Lakin buna baxmayaraq həmin klinikalarla «işbirliyi» olan həkimlər xəstələri özəl müəssisələrə yönəldirlər. Yəni, burada sırf həkim maraqları əsas rol oynayır».

Tibbi xidmət pulsuzdur, amma…

Məsələyə münasibət açıqlayan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli «Həftə içi»nə açıqlamasında bildirib ki, səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 2008-ci il fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində pullu tibbi xidmət ləğv edilib. Onun sözlərinə görə, dövlət xəstəxanalarında tibbi xidmət, o cümlədən cərrahiyə əməliyyatları pulsuzdur. Bu dəfələrlə deyilib. Hətta xəstəxanalarda vətəndaşların görə biləcəkləri yerdə bu əmr də asılıb: “Əgər həkim hansısa tibbi xidmətə görə vətəndaşdan pul tələb edirsə, bu hal yolverilməzdir. Düzdür, bəzi müəssisələrdə pulu xidmət qalır. Tutaq ki, Mərkəzi Neftçilər Xəstəxanasında nefçi ailəsindən olmayan şəxslərə tibbi xidmət pulludur. Amma əgər hansısa tibb müəssisəsi Səhiyyə Nazirliyinin nəzdindədirsə və dövlət tərəfindən maliyyələşirsə həmin xəstəxanada pulu xidmət yolverilməz sayılır. Digər tərəfdən nazirlik bütün tibb müəssisələrinə 166 adda dərman və tibbi ləvazimat verir. Həmin dərmanlar bütün növ cərrahiyə əməliyyatlarına kifayət edir. O siyahıda yalnız endoprotezləşdirilmə yoxdur ki, bu da bəzi hallarda müəyyən protezlərin səhiyyə nazirliyi tərəfindən təmin oluna bilməməsi ilə bağlıdır. Ümumilikdə bütün dövlət tibb müəssisələri zəruri tibbi vasitələrlə təmin edilir. Məsələn, Sabirabadda qeydə alınan məlum rüşvət videosuna nəzər yetirdikdə aydın olur ki, həkim xəstə yaxınlarından elə şeylərə görə pul istəyir ki, bunun tibb müəssisəsində olmaması qeyri-mümkündür. Yəni, həkim xəstəxanada olan pereparatlara görə xəstə yaxınından pul tələb edir. Təbii ki, bu qeyri-qanuni hərəkətdir. Bunun isə cəzası gec ya da tez verilir».
Dövlət xəstəxanalarına müraciət edən xəstələrin bəzi hallarda cərrahiyə əməliyyatı üçün özəl klinikalara yönləndirilməsinə də aydınlıq gətirən nazirlik sözçüsü deyib ki, bu addım həkimlərlə özəl klinikaların növbəti fırıldağıdır. Anar Qədirli deyib ki, hazırda Azərbaycanın dövlət tibb müəssisələrində istənilən əməliyyatı aparmaq üçün müasir maddi-texniki baza mövcuddur. Eyni zamanda, dövlət tibb ocaqlarında kifayət qədər peşəkar mütəxəssislər çalışır: “Amma etiraf edək ki, bəzən həkimlər özəl xəstəxanalarla «işbiliyi» çərçivəsində xəstələri özəl müəssisələrə yönəldirlər. Çünki bunun müqabilində həmin həkimlərə özəl klinika rəhbərliyi tərəfindən müəyyən faiz ödənilir. Təbii ki, belə halla üzləşən xəstələr mütləq Səhiyyə Nazirliyinə müraciət etməlidir. Biz məsələni araşdırıb müvafiq tədbir görəcəyik».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024