Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (26-05-2014, 17:55)
Almaniya prezidentindən təbrik

Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib

 

 Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Yoaxim Qauk Respublika Günü münasibətilə ölkə başçısını və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib:
"Cənab Prezident,
Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.
Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm".
Eyni zamanda Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer də Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edib:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləyirəm".
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuddan da Azərbaycanı təbrik edənlər siyahısına qatılıb:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".
Sloveniya Respublikasının Prezidenti Borut Pahorda Azərbaycanın milli bayramı münasibəti ilə təbrik edib:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edir, xoş arzularımı çatdırır, ölkənizə hərtərəfli inkişaf və rifah diləyirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.
Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir".
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024