Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (13-05-2014, 10:31)
Nuru Əliyev hər il 5 milyon manatı niyə zibil qutusuna atır?

Nuru Əliyevin adamlarının futbol maxinasiyaları

 

 
“Rəvan” Futbol Klubunun rəhbərləri “Nurgün Motors” şirkətinin rəhbərini necə aldadırlar?
“Nurgün Motors” şirkətinin sponsoru olduğu “Rəvan” Peşəkar Futbol Klubunda ciddi maliyyə maxinasiyaları həyata keçirilir. Bu barədə PİA.AZ-a daxil olan ilginc məlumatda göstərilir ki, keçirilən oyunlarda “Rəvan” klubunun bir qayda olaraq məğlub olmasının pərdə arxasında klub rəhbərliyninin maliyyə maxinasiyaları dayanır.
Daxil olan məlumatda göstərilir ki, “Nurgün Motors” şirkətinin rəhbəri Nuru Əliyevin sponsorluğu ilə Azərbaycan Futbol çempionatında yarışan “Rəvan” Futbol Klubunun rəhbərliyi, daha doğrusu idarə heyyətində bir qrup şəxs öz şeflərinə müxtəlif vasitələrlə kələk gələrək külli miqdarda vəsait mənimsəyirlər.
Qeyd edək ki, Rəvan Futbol Klubu 2007-ci ildə yaradılıb və bir neçə ildir yüksək liqada oynayır. Klubun rəsmi sponsorları Nuru Əlievə məxsus Ford Azəbaycan, Nissan Azərbaycan, “Rəvan Sığorta Şirkəti”, “NBC Bank”dır və klub AFFA ilə icarə əsasında Bayıl Stadionunda məskunlaşıb. 
Məlumata görə son illər Rəvan klubunun aşağı səviyyəli oyun nümayiş etdirməsi və davamlı olaranq çempionatda axırıncı yerlərdən birini tutması bəzi qaranlıq məqamlardan xəbər verir. Belə ki, daxil olan məlumatda göstərilir ki, Nuru Əliyev hər il “Rəvan” Futbol Klubuna 5 milyon manat vəsait ayırsa da, klub çempionatda uğurlu nəticələr əldə etmir. 
Təbii ki, 5 milyon manat  bir futbol klubu üçün o qədərdə böyük bir vəsait deyil. Ancaq Azərbaycan çempionatında mübarizə aparan “Rəvan” Futbol Klubu üçün bu normal bir vəsaitdir. Və klubun öz gəlirlərini də nəzərə alarsaq, o zaman klub heç də maliyyə çatışmamazlığından şikayət etməməlidir.
Mediatv.az-a məlumat verən mənbənin iddasına görə “Rəvan” Futbol Klubunun rəhbərliyi və idarə heyyətindəki bəzi şəxslər əlbir olaraq bossları Nuru Əlievi müxtəlif lahiyyələrlə, ən əsasıda futbolçu transeferində aldadaraq yaxşı qazanc əldə edirlər. Qeyd olunur ki, “Rəvan” Futbol Klubun son illərdə xeyli əcnəbi futbolçu transef etsə də, onlar istənilən oyunu sərgiləmir. Bu isə klubun idarə heyyətinin və maliyyə işlərinə baxan şəxslərin qaranlıq maxinasiyalarından xəbər verir. 
Bildirək ki, Rəvan klubunda heyyətində hazırda Argentina,  Braziliya,  Bosniya və Hersoqovina, Estoniya, Serbiya,  Slovakiya,  Polşa, Kamerun və Nigeriyadan olan futbolçular  top qovurlar. Maraqlıdır ki, futbol üzrə inkşaf etmiş 9 dövlətin futbolçusunun oynadağı “Rəvan” Futbol Klubunun ancaq bir qayda olaraq çempionatda sonuncu yerləri tutması klub rəhbərliyini narahat etmir. Əksinə onlar vəziyyətdən məmnun görünürlər.
Məlumat mənbə qeyd edir ki, klubun bütün işləri ilə məşğul olan vitse prezident Bəhruz Şirəliyev və maliyyə direktoru vəzifəsində çalışan Əsəd Məmmədov  əcnəbi futbolçuların transefiri zamanı müxtəlif maxinasiyalar ediblər. Bu maxinasiyalar əsasən futbolçuların transfer qiymətinin, həmçinin onların ölkəmizdəki xərclərinin bir neçə dəfə şişirdilməsi və sair işlərdən ibarətdir. 
Bundan başqa məlumatda göstərilir ki, klubun bəzi məğlubiyyətləri klub rəhbərliynin, xüsusilə vitse prezident Bəhruz Şirəliyevin əsas gəlir mənbələrindən biridir. Məlumatda iddia olunur ki, qruplaşma və futbolçular klubun məğlubiyyətini əvvəlcədən dəqiq bildikləri üçün müxtəlif bukmekerlərdə yaxşı qazanc əldə edirlər
Məlumatlı mənbə qeyd edir ki, məsələnin əsas maraqlı tərəfi “Rəvan” Futbol Klubunun sponsoru Nuru Əliyevin baş verən maxinasiyaları görməməsi, yaxud da görməməzlikdən gəlməsidir. Əgər Nuru Əliyev baş verənləri görməməzlikdən gəlirsə o zaman onunda bu işlərdə bəzi maraqları ola bilər. Mənbə onu da qeyd edir ki,  bir iş adamının əziyyətlə qazandığı 5 milyon manat vəsaiti hər il çöplüyə atması heç də inandırıcı görünmür. 
Qeyd edək ki, “Rəvan” Futbol Klubunda baş verən problemlər və transfer maxinasiyaları ilə bağlı araşdırmamız davam edir və daha ilginc məlumatlar verəcəyik. 
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024